17-05-2023, 09:30 577

Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli optometrist və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

R.Rzayev Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin məruz qaldığı məhrumiyyətlər və üzləşdikləri problemlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həlli Prezident İlham Əliyev tərəfindən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır.

Otuz ilə yaxın işğal altında saxlanılan ərazilərin minalanmasının və Ermənistanın mina xəritələrini verməməsinin ora qayıdacaq əhalinin təhlükəsizliyini təhdid altına atdığı və Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq təşkilatların da dəstəyi ilə tədbirlər görülür. Bununla yanaşı, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr həyata keçirilir, köçürüləcək əhalinin səhiyyə, təhsil kimi sosial xidmətlərə əlçatanlılığının təmin edilməsi üçün zəruri olan infrastruktur obyektləri inşa edilir. Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində doğma yurdlarına köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyəti yoxlanılır.

Diqqətə çatdırılıb ki, artıq 86 ailə, yəni 420 nəfər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə, yəni 94 nəfər isə Tərtər rayonunun Talış kəndinə köçürülüb. Yaxın zamanda Laçın şəhərinə ilkin mərhələdə 318, Laçın rayonunun Zabux və Sus kəndlərinə 296 ailənin, ilin sonunadək Şuşa şəhərinə isə 450 ailənin köçürüləcəyi qeyd edilib. Bildirilib ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə köçürülməsinin təmin edilməsi dövlət üçün prioritet məsələdir.

Dövlət Komitəsinin sədri “Fuji Optical”ın 16 ildir həyata keçirilən missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib və buna görə Akio Kanaiyə təşəkkür edib, beynəlxalq təşkilatlar tərəfindən keçirilən layihələrin soydaşlarımıza mənəvi dəstək verdiyini deyib.

Akio Kanai səmimi qəbula görə təşəkkür edib. Bildirib ki, bu il 9-13 mayda Füzuli rayonunda və 15 mayda isə Bakı şəhərində təqribən 2500 məcburi köçkün, qaçqın, sığınacaq axtaran və digər həssas qruplardan olan şəxsin göz müayinəsi keçirilib. Həmçinin mina partlayışı nəticəsində gözlərinə ziyan dəymiş müharibə iştirakçıları da müayinə edilib, ödənişsiz eynəklə təmin olunub.

Görüşdə iştirak edən, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi 30 il ərzində ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin qurulduğunu deyib. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinin sürətlənəcəyinə ümidvar olduğunu vurğulayaraq, Yaponiyanın bu prosesə texniki və maddi dəstək göstərəcəyini, “Fuji Optical”ın fəaliyyətini gələcəkdə də davam etdirəcəyini qeyd edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR