
Londonun “Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.
Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq.
Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.