
ABŞ Prezidenti Cozef Bayden dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə Ceyms K O Brayenin namizədliyini irəli sürüb.
“AVESTA.AZ”un “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.
"Prezident Cozef Bayden Ceyms K. O Brayeni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd kimi irəli sürmək niyyətində olduğunu açıqlayıb", - məlumatda deyilir.
OBrayen 2022-ci ildən indiyədək Dövlət Departamentinin Sanksiyalar Siyasəti Koordinasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Mart ayında Karen Donfrid Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Departamenti rəhbərinin köməkçisi vəzifəsini tərk edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.