
Su ilə bağlı komissiyaya ayrılmış vəsaitin 99,8 min manatı istifadə olunmayıb.
“Report”un xəbərinə görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Rəy”ində əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı həyata keçirilən layihələrin maliyyələşdirilməsi xərclərindən 99,8 min manatın müvafiq infrastruktur təyinatlı layihələr üzrə bölgüsü həmin Komissiya tərəfindən həyata keçirilmədiyindən həmin vəsait istifadə olunmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.