25-05-2023, 11:51 493

Azərbaycanda investisiya şirkətləri üçün əmanətlərin sığortalanması mexanizminin analoqu tətbiq olunacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətləri üçün bank əmanətlərinin sığortalanması mexanizminin analoqunu tətbiq etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda Azərbaycanın maliyyə-bank sisteminin nümayəndələri ilə keçirdiyi görüşlərin yekununa dair bildirib.

Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində).

G.Xaydarşina bildirib ki, son 12 ayda Azərbaycan Mərkəzi Bankı yerli bazarın inkişafı və investorların risklərinin azaldılması üçün bir sıra prudensial mexanizmlər tətbiq edib. Bu mexanizmlərə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin infrastrukturun inkişafı daxildir.

“Bundan başqa, hökumətlə birgə tənzimləmə tədbirləri həyata keçirilir. Xüsusilə, fiziki şəxslərin əmanətləri üzrə gəlirlərə 10 % vergi tətbiq olunub. Əvvəllər bu vergiyə moratorium var idi və bu, hər il uzadılırdı. Eyni zamanda, fiziki şəxslərin istiqrazlara qoyduğu investisiyalardan əldə etdiyi gəlirdən vergi tutulmur. Maraqlıdır ki, bu, yalnız bazara çıxarılan istiqrazların emissiyalarına aiddir və birjadankənar vəsaitlərin yerləşdirilməsinə təsir göstərmir”, - o vurğulayıb.

Onun sözlərinə görə, AMB həmçinin bankların Bakı Fond Birjasında qiymətli kağızlara investisiyalarla bağlı ticarət əməliyyatları üçün ehtiyat tələblərini yumşaldıb. Maliyyə Nazirliyi tərəfindən buraxılmış investisiya məqsədli qiymətli kağızlara 0 %, digər yerli emitentlərin istiqrazları üçün isə 1 % ehtiyat norması tətbiq edilir. Eyni zamanda, reytinqi investisiya səviyyəsindən aşağı olan xarici emitentlərin qiymətli kağızlarına investisiyalar üçün 25 % ehtiyat norması tətbiq olunur.

“Bununla yanaşı, investorların risklərini məhdudlaşdırmaq üçün Mərkəzi Bank investisiya şirkətlərinin etibarlılığını artırmaq məqsədilə onlara nəzarət etmək üçün yeni prudensial tədbirlər tətbiq etməyi planlaşdırır”, - “Qazprombank”ın baş iqtisadçısı bildirib.

Paylaş

Xəbər lenti

Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR