2-06-2023, 15:58 486

Şərurda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Şərur rayonunda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, iyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb.

Kənd təsərrüfatına yararsız 5,3 hektar ərazidə şirkətin Naxçıvanda yerləşən “Duzqala” MMC podratçı şirkəti tikinti-quraşdırma işlərini həyata keçirib, stansiyada hər birinin gücü 330 Vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovatt olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovatt gücündə transformator yarımstansiyası quraşdırılıb. Stansiyada, ümumilikdə, 11 video-müşahidə kamerası qoyulub.

Səlahiyyətli nümayəndə günəş elektrik stansiyalarının qurulması ilə bərabər, enerji saxlanmasının vacibliyini xüsusilə vurğulayıb. Sonra stansiyaya baxış olub.

Qeyd olunub ki, mövcud 8 meqavat stansiyanın qapalı paylayıcı quruluşundan yeni 3 meqavat stansiyaya qədər 35 kilovoltluq əlaqələnmə güc kabeli və digər kommunikasiya kabelləri döşənib. Stansiyada daxilində 7 ədəd 35 kilovoltluq hücrələr olan ümumi qapalı paylayıcı quruluş tikilib. Şərur Günəş Elektrik Stansiyası 110/35/10 kilovoltluq “Şərur” yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xəttinə 2 dövrəli hava xətti ilə qoşulub.

Stansiyanın layihə gücü 11 meqavata çatdırıldığı üçün il ərzində 16,5 milyon kilovatt-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 21 fazini təşkil edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü isə 58,5 milyon kilovatt-saata çatdırılacaq.

Bildirilib ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil hədiyyə edilib.

Stansiya ilə tanışlıqdan sonra Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüşən səlahiyyətli nümayəndə deyib ki, Naxçıvanda Azərbaycanın digər bölgələri ilə müqayisədə günəş radiasiyasının faizi olduqca yüksəkdir: "Prezident İlham Əliyev Naxçıvanı, ümumilikdə, “yaşıl enerji” dəhlizinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirib, bunu üzərimizə strateji vəzifə kimi qoyub. Bu il Naxçıvan üçün olduqca əlamətdardır, həm də ona görə ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər həyata keçiririk. Açılışın bu il baş verməsi də olduqca əlamətdardır. Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” dəhlizinə çevrilməsi istiqamətində işlər bundan sonra da uğurla aparılacaq. 1994-cü ildən Azərbaycan Respublikasının enerji təminatçısı kimi çıxış etməsi artıq həm Avropada, həm də dünyanın digər bölgələrində təsdiq olunub. Azərbaycanın karbohidrogen yataqları dünyaya açılıb. Buraya həm xarici investorlar cəlb edilib, eyni zamanda yerli investorlar üçün böyük şərait yaradılıb. Sevindirici haldır ki, enerji sahəsində Azərbaycan böyük dövlətlərin, xüsusilə də Avropanın etibarlı və dayanıqlı tərəfdaşına çevrilib. Bu proses məhz Ulu Öndər tərəfindən 1994-cü ildən həyata keçirilən və böyük bir layihə olan “Əsrin müqaviləsi” ilə başlayıb. Bu gün də bu proses davam edir. Azərbaycan ilk karbohidrogen ehtiyatları sahəsində işi başlasa da indi artıq biz daha innovativ metodlarla enerji təminatçısına çevrilmişik".

F.Nəcəfli deyib ki, Prezidentin elan etdiyi kimi bu işlərdə Naxçıvan Muxtar Respublikasının xüsusi payı var: "Biz günəş, külək, hidro enerjiləri ilə bağlı layihələri sürətlə inkişaf etdirəcəyik. Artıq Azərbaycanın paytaxtı Bakıda bu proses başlayıb. Bakı Enerji Həftəsi keçirilir. Enerji Həftəsinin sonuncu günü qərarlaşdırılıb ki, Naxçıvanda qeyd olunsun. Biz bu tədbirə hazırlaşırıq. İyunun 3-ü Naxçıvan şəhərində tədbir davam etdiriləcək. İlkin məlumatlar alırıq ki, muxtar respublikada alternativ enerji sahəsində ciddi investisiyalar qoymaq üçün mühüm şirkətlər öz niyyətlərini açıq şəkildə etiraf ediblər. 400 meqavatlıq və daha sonra 500 meqavatlıq 2 enerji santralının qurulmasından söhbət gedir. Biz birdən-birə 400 meqavatlıq böyük bir layihənin icraçısına və sahibinə çevriləcəyik. Əlbəttə ki, bu, ciddi investisiya tələb edir. Azərbaycan Respublikasında aparılan uğurlu siyasətin nəticəsidir ki, xarici investorlar öz sərmayələrini Azərbaycanda rahat şəkildə qoymağa tələsir və maraq göstərirlər. Bu o deməkdir ki, Azərbaycan Respublikası stabil bir məkana çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində artıq Qafqazda, ümumilikdə, yeni reallıqlar yaranıb. 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin nəticəsi həm Azərbaycan, həm də region üçün yeni reallıqlar ortaya çıxarıb. Zəngəzur dəhlizi bu reallıqlardan biridir və dəhlizin reallaşdırılması Naxçıvan regionu üçün xüsusilə əlamətdar olacaq. Bu, bizim nəqliyyat strukturunun inkişafına gətirib çıxaracaq, eləcə də biz Naxçıvan Muxtar Respublikasında istehsal olunan enerjini qonşu dövlətlərə ixrac etmək gücündə olacağıq. Ona görə də düşünürəm ki, bu, ilkin addımdır".

Fuad Nəcəfli bu sahədə görülən işlərlə bağlı xidmətin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icracı direktoru Mişel Kalerami deyib: “Bu gün Naxçıvan Muxtar Respublikası üçün əlamətdar bir gündür. 3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Naxçıvan sakinlərini təbrik edirəm. Şirkətim adından Naxçıvan Muxtar respublikasında enerji sektoruna az da olsa töhfə verdiyim üçün məmnunluq ifadə etmək istərdim. 2015-ci ildən etibarən burada olmaqla bizim əsas hədəfimiz ən yüksəkkeyfiyyətli Avropa komponentləri ilə yüksək standartlara uyğun günəş elektrik stansiyalarının tikilməsi olub. Coğrafi mövqeyi və əlverişli iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Yeni stansiyaların tikintisi ilə birlikdə növbəti addım Naxçıvanda “Yaşıl enerji”nin toplanması olacaq. Azərbaycan hökumətinin dəstəyi sayəsində əminəm ki, Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcək. Yaradılan şəraitə və dəstəyə görə təşəkkür edir, əməkdaşlığımızın gələcəkdə də davam etməsini diləyirəm”.

Paylaş

Xəbər lenti

Bakıda dişini çəkdirən qadın xərçəng oldu Bu gün, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Bu gün, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Bu gün, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Bu gün, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Bu gün, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Bu gün, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Bu gün, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Bu gün, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Bu gün, 18:48 Mal əti niyə bahalaşır? Bu gün, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR