2-11-2022, 13:15 705

Yaşmada yeni elektrik stansiyasının tikilməsi özəl investisiyalar hesabına planlaşdırılır

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi 240 MVt gücündə olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında (KES) hər kilovat/saat üçün təbii qazın istehlakı ümumilkdə 200 qrama düşəcək.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, köhnə stansiyalarda bu rəqəm 300 qramdır və bir il üçün 100 qram təbii qaz böyük rəqəmdir: “Köhnə stansiyaların yeni stansiyalarla əvəz edilməsi böyük vəsait hesabına keçirilir və xüsusilə Yaşmada özəl investisiyanın hesabına həyata keçirməyi planlaşdırırıq. Çünki bir meqavat bir milyonla ölçülsə, 500 meqavatlıq stansiya yarım milyard yatırım deməkdir”.

Nazir müavini bildirib ki, bu kifayət qədər böyük vəsaitdir: “Özəl investisiyaları cəlb etməklə həm təbii qaza qənaət, həm də digər istixana qazlarının azaldılması, həm də ixrac üçün əsas yaradırıq".

O qeyd edib ki, Yaşma ərazisində 500 meqavatlıq yeni stansiyanın ən yeni texnologiyalarla tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ilin əvvəlində 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

“ACWA Power” Azərbaycana təxminən 300 milyon ABŞ dolları sərmayə qoyub ki, bu, şirkətin Səudiyyə Ərəbistanından kənarda ən böyük sərmayəsidir.

Xatırladaq ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14 900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42 800 MVt qoyuluş gücünə bərabər istehsal və 67,2 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

Qeyd edək ki, Rusiya və Azərbaycanın enerji sistemlərini əlaqələndirən “Yaşma” yarımstansiyası 1971-ci ildə tikilib. Yarımstansiya rəqəmsal qaydada tam yenidən qurulub və 2022-ci ilin fevralın 8-də açılışı baş tutub. “Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirilən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, 2022-ci ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Paylaş

Xəbər lenti

Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48 Bakıda güclü külək səbəbindən 34 ağac aşıb Bu gün, 15:48 Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır Bu gün, 15:48 Şirvanda peşə liseyinə yeni direktor təyin edilib Bu gün, 15:48 Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48 Ziya Bünyadov prospektindəki tuneldə ZƏNCİRVARİ QƏZA Bu gün, 14:48 İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib Bu gün, 14:48 Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib Bu gün, 14:48 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ Bu gün, 14:48 Dilarə Əliyevanın qızı Banu bu festivalın aparıcısı olacaq Bu gün, 14:48 Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib Bu gün, 14:48 Növbəti köç karvanı Xocavəndə çatıb Bu gün, 14:48 Karel Havliçek Azərbaycana təkrar səfər edəcək Bu gün, 13:48 DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun Bu gün, 13:48 AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi Bu gün, 13:48 Afra Saraçoğlu bu iş adamı ilə eşq yaşayır Bu gün, 13:48 100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı Bu gün, 13:48 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb Bu gün, 13:48 ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə heç vaxt danışmadığını bildirdi Bu gün, 13:48 Azərbaycanlı məşhurlar efirdə yalan danışdıqlarını etiraf etdilər Bu gün, 13:48 Sarayda 50-dən çox ailə 10 gündür susuz qalıb Bu gün, 12:48 Prezident sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdı Bu gün, 12:48 Şagirdlərin 1-ci sinifə elektron qəbulu mayın 1-də başlayır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR