
“Mərkəzi Asiya geosiyasət və qarşılıqlı əlaqə baxımından mühüm regiondur. Özbəkistanın dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atması çox vacib faktdır”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Özbəkistan əlaqələrinə və Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkisinə həsr olunmuş dəyirmi masanın açılışında deyib.
O, Mərkəzi Asiya ölkələri, xüsusən də Özbəkistanla əməkdaşlığın Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sədr bunun ardınca ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər etdiyini xatırladıb.
F.Şəfiyev ölkələr arasında gələcək əməkdaşlığın bir neçə perspektivli istiqamətinin mövcud olduğunu söyləyib.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verdiyini vurğulayan sədr Füzulidə bu ölkə tərəfindən məktəbin inşasının maliyyələşdirildiyini də qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.