14-06-2023, 12:51 579

Sahib Məmmədov:

Azərbaycanda adambaşına düşən ÜDM 2004-2022-ci illər ərzində 2,9 dəfə artıb, ölkə dünyada yoxsulluğun 5 %-dən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alıb.

"AVESTA.AZ" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.

"Buna uğurlu struktur-institusional islahatların həyata keçirilməsi, "2003–2005-ci və 2008–2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramları, regionların sosial-iqtisadi inkişafı istiqamətində 4 dövlət proqramı, Azərbaycan - 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyasının və digər proqramların icrası nəticəsində nail olunub.

Azərbaycan 2010-cu ildə "orta insan inkişafı" statusuna malik ölkələr qrupundan çıxaraq "yüksək insan inkişafı" kateqoriyasına daxil olub", - S. Məmmədov qeyd edib.

Nazir müavini bildirib ki, inklüziv iqtisadi və sosial inkişafın mühim drayveri olan keyfiyyətli insan kapitalının formalaşdırılması düzgün müəyyənləşdirilən inkişaf siyasətindən asılıdır:

"Bu baxımdan əmək bazarı və təhsil sistemi iqtisadiyyatın priorotetləri ilə qarşılıqlı vəhdət təşkil etməlidir. Yalnız bu yolla dayanıqlı və inklüziv iqtisadi inkişafa, rəqabətli əmək bazarına və keyfiyyətli təhsil sisteminə nail olunması mümkündür".

O, qeyd edib ki, uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və maddi rifahın yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir:

"Son onilliklər ərzində ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlb edilməsi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edilib", - S. Məmmədov vurğulayıb.

Nazir müavini Azərbaycanda ötən müddət ərzində aparılan islahatlarda və əldə edilən uğurlarda BMT ilə həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edib:

"Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə "2030 Gündəliyi" təşəbbüsünə qoşulub. Bu qlobal təşəbbüslər üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib.

Azərbaycanın "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə" qoşulduğu müddətdən ötən dövrdə ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planları DİM-ə inteqrasiya edilmiş və hazırda layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir.

Xüsusilə qeyd edim ki, Azərbaycan Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə qarşıdakı onillikdə ölkənin sosial, iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair təsdiq edilmiş Milli Prioritetlərin icrası da DİM-ə öz müsbət töhvəsini verəcək

Artıq qeyd olunduğu kimi, ölkəmiz tərəfindən regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabatın (2017, 2019 və 2021-ci illərdə) təqdim olunması, Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Hər 3 hesabatın hazırlanması istiqamətində BMT ilə səmərəli əməkdaşlığımız olmuş və bu sahədə təşkilat tərəfindən ekspert səviyyəsində dəstək göstərilib. Növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır və hesab edirəm ki, növbəti dövr ərzində də bu müsbət təcrübə davam etdiriləcək".

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR