
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində bu gün İspaniya ilə keçiriləcək oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.
Avesta xəbər verir ki, 2-ci turun görüşü İTV telekanalında nümayiş olunacaq.
Qeyd edək ki, Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.