
Braziliya hökuməti 2026-cı il futbol üzrə dünya çempionatı zamanı baş verdiyi iddia edilən irqçilik halları ilə əlaqədar FIFA və BMT-yə rəsmi şikayət göndərib.
BAKU.WS xəbər verir ki, rəsmi müraciətdə yarış zamanı baş verən ayrı-seçkilik faktlarının araşdırılması, məsul şəxslərin cəzalandırılması və gələcəkdə bu cür halların qarşısının alınması üçün tədbirlərin görülməsi tələb olunur.
Bununla yanaşı, müraciətdə hansı konkret hadisələrin nəzərdə tutulduğu açıqlanmayıb.
Braziliya millisi DÇ-2026-da çıxışını 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq başa vurmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.