
"Gecə saatlarında ərazidə yaşayan sakinlərin narazılığına səbəb olan sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görüləcək".
Bu sözləri AVESTA.AZ-in sorğusuna cavab olaraq Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib.
O əlavə edib ki, sözügedən videgörüntü ilə bağlı hazırda araşdırma aparılır:
"Bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər nəzərə almalıdırlar ki, mühərriyin səsboğucusuna müdaxilə etmək qayda pozuntusudur və öz növbəsində inzibati məsuliyyət yaradır".
***10:44
Bakıda gecə saatlarında yüksək sürətlə hərəkət edən və gurultulu səs çıxaran motosiklet yenidən sakinlərin narahatlığına səbəb olub.
"qaynar xətti"nə daxil olan görüntülərdə gecə saatlarında motosiklet sürücüsünün yaşayış məntəqəsində yüksək sürətlə hərəkət etdiyi və güclü mühərrik səsi ilə ətrafdakı insanların istirahətini pozduğu əks olunub.
Hadisə ötən gecə saat 01:45 radələrində paytaxtın Xətai rayonu, Gəncə prospekti ərazisində qeydə alınıb.
Sakinlər bildirirlər ki, gecə saatlarında bu cür hallar mütəmadi təkrarlanır və xüsusilə yaşayış binalarının yaxınlığında yüksək səs-küylə hərəkət edən motosikletlər insanların rahatlığını pozur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.