15-06-2023, 03:29 586

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib.

"Report"un ABŞ bürosu xəbərinə görə, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Baş Assambleyasının "Sülh mədəniyyəti" gündəliyinə həsr olunmuş plenar iclasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalından danışıb.

"30 ilə yaxın davam edən münaqişə və işğal zamanı, Ermənistan tərəfindən əvvəllər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi talan edilib, dağıdılıb və vandalizmə məruz qalıb. Faktlar həqiqətən şokedicidir və bunlardan bir neçəsini qeyd etmək kifayətdir.

Əvvəllər qəsb olunmuş ərazilərdə 67 məsciddən 64-ü məhv edilib, işğal zamanı məscidlərin donuzlar və inəklər üçün qəsdən axır kimi istifadəsi simvolik olaraq təhqir kimi nəzərdə tutulub".

Səfir qeyd edib ki, üstəlik, müharibənin 2020-ci ilin payızında başa çatmasına baxmayaraq, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi "irqi ədavətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi" tapşırığına açıq-aşkar məhəl qoymayıb. Belə ki, hələ də Ermənistanda fəaliyyət göstərən təşkilatlar və fizik şəxlər anti-Azərbaycan nifrətini qızışdırmaqda davam edir.

Diplomat Ermənistan nümayəndəsinin səsləndirdiyi qüsurlu və yalan iddialara da cavab verib. Y.Əliyev bildirib ki, Ermənistan təmsilcisinin yalan və nifrət dolu iddiaları onun ölkəsinin diskursunda nifrət, dözümsüzlük və yalanın nə dərəcədə üstünlük təşkil etdiyini və bunun regional sülh, təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaratdığını ortaya qoyur: "Ermənistanın 200 mindən çox azərbaycanlını tarixi Vətənindən qovmaqla, Azərbaycana qarşı təcavüz həyata keçirib və ölkəmin suveren ərazisinin böyük bir hissəsini işğal edərək, etnik təmizləməyə məruz qoyub. Bu gün Ermənistandan etnik zəmində nifrət və ayrı-seçkilik ittihamlarını eşitmək ironikdir. Erməni uşaqlarına məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir və bu geniş şəkildə qəbul edilən stereotipə çevrilir".

Diplomat çıxışında Azərbaycanın sülh mədəniyyətinin təbliğinə böyük əhəmiyyət verdiyini, milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirdiyini və Azərbaycanın müxtəlif təşəbbüsləri uğurla həyata keçirdiyini bildirib. Y.Əliyev bu məqsədlə BMT-nin Qadınlar Təşkilatı və Siyasi və Sülh Quruculuğu Məsələləri Departamenti ilə Azərbaycan hökuməti birgə reallaşdırdığı layihələrdən bəhs edib.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR