15-06-2023, 12:41 436

Azərbaycanda sığorta şirkətləri niyə banklardan

Azərbaycanda sığorta şirkətlərinin banklardan asılı olması, başqa sözlə banklardan "aralı dura bilməməsi" problemi hələ də qalmaqdadır.

Problem daha çox iki maliyyə qurumunun eyni holdinqdə təmsil olunmasından irəli gəlir.

Bu halda isə sığorta şirkətinin hesabları "qohum" bankda olur, üstəlik onun bazarı da "qohum" bankın verdiyi ipoteka və avtomobil kreditləri hesabına formalaşır. Yəni, bank kiməsə daşınmaz və daşınar əmlakın əmlakın girov qoyulması şərti ilə kredit verirsə, bu halda həmin əmlakların sığortası "qohum" sığorta şirkətinə həvalə edilir.

Son 10 ilin təcrübəsi isə göstərir ki, hansısa bankda problem yaranan kimi və yaxud bankın lisenziyası ləğv olunan kimi ona bağlı olan sığorta şirkəti də ciddi problemlərlə üzləşir və tədricən bazarı tərk etməli olur. Məsələn, 2012-ci ildə "Royal Bank"ın lisenziyasının ləğv olunması tədricən ona yaxın "Royal Sığorta" şirkətinin sonunu gətirdi. 2016-cı ildə bazardan kənarlaşdırılmış "Bank of Azerbaijan”, “Bank Standard”, “Texnika Bank” və “Zamin Bank” isə özləri ilə müvafiq olaraq "Qarant Sığorta", "Standard Insurance", "Alfa Sığorta" və "Başak-İnam Sığorta" şirkətlərini çəkib apardılar. 2020-ci ildə isə "Amrah Bank" və "NBC Bank"ın bağlanması ilə müvafiq olaraq "Amrah Sığorta" və "Rəvan Sığorta" şirkətləri bazardan çıxmalı oldular. 2023-cü ildə isə "Günay Bank"ın lisenziyası ləğv olundu və hazırda ona yaxın "Günay Sığorta" şirkətinin ciddi problemlər yaşamayacağına təminat yoxdur.

"AVESTA.AZ" sığorta bazarı üçün arzuolunmaz hal olan belə asılılıqla bağlı iqtisadçı-ekspertlərin fikirlərini öyrənib.

Onlardan biri Xalid Kərimli deyir ki, sığorta şirkətlərinin səhmdarları əsasən banklar olur, bu da tərəflər arasında qarşılıqlı asılılıq yaradır: “Bank təbii olaraq verdiyi kreditlər üzrə sığortanı öz şirkətinə yönəldir. Bununla kredit təşkilatı həm pulu cibində saxlayır (kənara ötürmür), həm də törəmə strukturunu bir növ "dolandırır". Sığorta şirkəti isə hesabını onun sahibi olan bankda saxlayır, bütün əməliyyatlarını "qohum" bank vasitəsilə həyata keçirirlər. Beləcə iki təşkilat bir-birindən asılı vəziyyətdə işləyir. Bankın problemləri başlayanda isə sığorta şirkəti də çətinliklər yaşayır. Bəzən elə olur ki, müflisləşməyə doğru gedən bank pula ehtiyacını ödəmək üçün sığorta şirkətinin nizamnamə kapitalına yatırdığı pulu geri çəkir və bununla da, şirkət bağlanır".

Digər ekspert Kamran Babayev isə deyir ki, sığortanın bankdan asılı olması problemi əvvəllər daha dərin olub, son illər isə bir qədər dəyişib: "Məsələn, sığorta şirkətlərin vəsaitlərinin saxlanılması məsələsinə nəzarət güclənib. “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”a görə sığorta şirkətləri sığorta ehtiyatlarını və məcmu kapitalını təmin etmək üçün öz vəsaitlərini şaxələndirməlidirlər. Azərbaycan Mərkəzi Bankı (AMB) istənilən vaxt sığorta şirkətlərindən banklarda olan vəsaitlər haqqında çıxarış tələb edə bilər, ehtiyatların və məcmu kapitalın təmin olunub-olunmadığını yoxlaya bilər”.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən isə "AVESTA.AZ"a bildirilib ki, hazırda sığorta şirkətlərinin banklardan ciddi asıllığı yoxdur: “Sadəcə bəzi hallarda banklar və sığorta şirkətləri eyni brend altında fəaliyyət göstərir. Burada hər hansı asılılıqdan söhbət getmir. Müəyyən olunmuş tənzimləmə qaydalarına əsasən, sığorta şirkətləri topladıqları vəsaitlərini ölkəmizdə fəaliyyət göstərən banklarda investisiya qaydaları çərçivəsində saxlaya da bilirlər. Bu proses AMB-nin vəsaitlərin diversifikasiya ilə bağlı müəyyən etdiyi tələblərə əsasən həyata keçirilir. Bu tələblər sığortaçıların maliyyə dayanıqlığının bilavasitə təmin olunmasına hesablanıb. Prosesin mövcud tələblər çərçivəsində doğru icrası AMB-nin bilavasitə nəzarətindədir. Bir bankın bağlanmasının onunla eyni brend altında fəaliyyət göstərən sığorta şirkətinə mənfi təsiri isə onunla bağlı ola bilər ki, şirkət topladığı vəsaitlərinin böyük hissəsini ona yaxın bankda saxlasın. Nəticədə, bankın müflisləşməsi və bağlanması təbii olaraq sığorta şirkətinə təsir edə bilər”.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR