
"Ötən gün baş verən sərhəd təxribatında təhlükəsizliyimiz çox yaxşı təmin edildi"
Bunu "Report"a açıqlamasında Cənubi Afrika Respublikasından (CAR) olan səyyah Petro Marais bildirib.
"Ötən gün xoşagəlməz hadisələr yaşandı, amma biz buna hazırlıyıq. Çünki bu cür vəziyyətlər üçün bizə əvvəlcədən təlimlər keçiblər. Bizə belə hallarla qarşılaşanda necə davranmalı olduğumuz öyrədilib. Əsas məsələ təhlükəsizlikdir və o da təmin edilib", - səyyah deyib.
P.Marais həmçinin Şuşa şəhərinə valeh olduğunu söyləyib: "Burada yenidənqurma işlərinin görülməsi, tarixi abidələrin yenidən bərpa olunması təqdirəlayiqdir. Gördüyüm abidələr, heykəllər məni yaxşı mənada təəccübləndirdi".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.