19-06-2023, 13:57 608

Erməni təxribatına dəstək verən Fransa - Yelisey sarayının qərəzli “vasitəçiliyi” - ŞƏRH

Ermənistan nə istəyir? Son zamanlar rəsmi İrəvanın sülh, ərazi bütövlüyü, sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına və başqa məsələlərə dair verdiyi xoşməramlı açıqlamalarla davranışı ziddiyyət təşkil edir.

Ötən həftənin sonunda Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Yaxud iyunun 17-si Ermənistanın bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər.

Əslində, Ermənistanın Azərbaycana qarşı sərhədyanı bölgələrdə törətdiyi təxribat və təhrikedici addımlarına dair çoxlu faktlar sadalamaq olar. Ermənilər törətdikləri bu pozuculuq əməllərini ört-basdır etmək məqsədilə ənənəvi olaraq dezinformasiyadan istifadə edir. Məsələn, ötən gün Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, guya Azərbaycan Ordusu “ermənilərin Zod və Arazdəyən istiqamətlərindəki mövqelərini atəşə tutub”. Rəsmi İrəvan bu yalan məlumatları yaymaqla beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı yönəltməyə səy göstərir.

Əvvəllər bu kimi məsələlərdə Ermənistana daha çox Rusiya rəsmiləri və KİV-i havadarlıq, sponsorluq edərdi. Ancaq Rusiya rəsmiləri də çıxışlarında əməkdaşlıq, sülh və kommunikasiya xətlərinin açılmasından və s. danışır. Rusiya Baş nazirinin müavini, Azərbaycan, Rusiya və Ermənistan arasında işçi qrupun təmsilçisi Aleksey Overçuk bildirib ki, Moskvada Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı ümumi anlaşma əldə olunub. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhə alternativin olmadığını hamı bilir: “Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə uzanacağı göz qabağındadır. Bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək”. Bu kimi çıxışlardan Moskvanın da regional əməkdaşlığa və sülhə üstünlük verdiyi görünür.

Rəsmi Bakı ilə İrəvan arasında vasitəçiliyə can atan Fransa rəsmilərinin mövqeyi heç də istəkləri ilə uzlaşmır. Yelisey sarayının təmsilçiləri vasitəçilik missiyasına zidd olaraq daim Ermənistanı müdafiə edirlər. Bu günlərdə Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana yardımla bağlı parlamentdə sualları cavablandırarkən tərəfli olduqlarını gizlətməyib: “Azərbaycanla ədalətli sülhə nail olmaq üçün daima Ermənistanın yanındayıq. Biz Ermənistanı tək buraxmayacağıq”.

Fransa Ermənistanın şərti ərazisində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla da “Ermənistanın yanında” olduğunu isbatlayır. Fransa və Ermənistan şərti sərhəddə atəşin açılması ilə bağlı oxşar açıqlamalar verməklə də ortaq qərəz nümayiş etdirirlər. Ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya gedib. Səfərin təfərrüatları, eləcə də görüş və danışıqların qrafiki barədə məlumat yayılmayıb. Bununla belə, bu səfər iki ölkə arasında hərbi və hərbi texniki sahədə əməkdaşlığın güclənməsinə xidmət edəcəyi istisna olunmur. Rəsmi Parisin İrəvanda hərbi attaşeliyi apreldən fəaliyyət göstərəcək. Habelə mətbuatda Fransanın İrəvana 50 zirehli döyüş maşını tədarük etdiyinə dair məlumat yayılıb. Bundan başqa, son vaxtlar Ermənistanla Fransa arasında münasibətlərin hərbi sahədə də gücləndiyi müşahidə olunur.

Deməli, əvvəllər Ermənistanın hərbi rəsmiləri məsləhətləşmək və yardım almaq üçün Kremlin qapısını kəsdirərdi. İndi isə buna Yelisey sarayının da darvazası əlavə olunub. Bu isə Azərbaycanla Ermənistan arasında şərti sərhəddə törədilən təxribat və təhriklərdə rəsmi İrəvanın əsas havadarının həm də Fransa olduğunu deməyə əsas verir. Odur ki, ərazidə atan təkcə “kazaklar” deyil, həm də “Fan-fan tülpan” (Zanbaq – “La Tulipe”) ola bilər.

Paylaş

Xəbər lenti

Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib Dünən, 19:48 Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var Dünən, 19:48 Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü Dünən, 19:48 Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər" Dünən, 19:48 "Azərpoçt"un adından fişinq hücumları var Dünən, 18:48 Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı Dünən, 18:48 Ürək əməliyyatı olan aparıcı vəfat etdi Dünən, 18:48 Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur Dünən, 18:48 Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutdu Dünən, 18:48 Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb Dünən, 18:48 Ronaldonun "7" nömrəli forması ona verildi - 22 yaşlı futbolçunun inanılmaz hekayəsi Dünən, 18:48 Məzuniyyətlə bağlı qaydalar dəyişir Dünən, 17:48 Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ Dünən, 17:48 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır Dünən, 17:48 Qadınlar Leonardo DiKaprionun ad gününə avtobusla gəldilər Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR