
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.
"AVESTA.AZ"un məlumatına görə, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.
Qeyd edək ki, iyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.