25-06-2023, 11:42 521

Allahşükür Paşazadə:

Şəri hökmlərə əsasən, Qurban kəsimi üç gün ərzində icra oluna bilər.

"AVESTA.AZ"un xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilir.

Təbrik mətnində bildirilir:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim!

İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.

Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramı xalqımızın ən möhtəşəm bayram sevinci – Vətən müharibəsindəki Qələbənin qüruru ilə davam edir. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik!

Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin müdavimi olan Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah.

Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 28 iyun tarixinə təsadüf edir. Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 28-29 iyun tarixlərini qeyri-iş günü elan etmişdir və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq.

Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qurban bayramımız mübarək olsun!"

Paylaş

Xəbər lenti

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT Bu gün, 08:48 Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bir sıra yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb Bu gün, 08:48 Braziliyada prezident seçkisinin taleyi ikinci tura qaldı - Bolsonaro və Lula üz-üzə Bu gün, 08:48 Gəncəyə ikinci raket hücumundan altı il ötür Bu gün, 08:48 Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür Bu gün, 00:48 Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir Dünən, 23:48 Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı Dünən, 23:48 Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi Dünən, 23:48 Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə iki quru yük gəmisi vurulub Dünən, 22:48 Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı Dünən, 22:48 Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb Dünən, 22:48 Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş Dünən, 21:48 Payızda immuniteti necə gücləndirmək olar? Dünən, 21:48 Messinin Argentina millisində son oyunu bəlli oldu Dünən, 21:48 Ayxan Abbasov: "Litva ilə oyunda futbolçular bacardıqlarından daha yaxşı çıxış etdilər" Dünən, 20:48 Norveç sahillərində üç gəmi toqquşdu Dünən, 20:48 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto Dünən, 20:48 Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək Dünən, 20:48 Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Dünən, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Dünən, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Dünən, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Dünən, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Dünən, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Dünən, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Dünən, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Dünən, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Dünən, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Dünən, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Dünən, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Dünən, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Dünən, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Dünən, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Dünən, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Dünən, 15:48 Kərim Abbasov üzr istədi Dünən, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Dünən, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Dünən, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Dünən, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 13:48 Qubada yol tamamilə çökdü Dünən, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Dünən, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Dünən, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR