25-06-2023, 21:53 801

Zakir Həsənov:

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

"AVESTA.AZ" xəbər verir ki, bu, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində yer alıb.

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda möhkəm və davamlı sülhün, sabitliyin bərqərar edilməsində, qorunmasında mühüm rol oynayır.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdi.
Hərb tariximizin şanlı səhifəsi sayılan, bu gün 105 illiyini böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilmişdir".
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi ilə başlayan bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.
Şəhid ailələri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və probemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha bütün şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!", - nazir qeyd edib.

Paylaş

Xəbər lenti

Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Bu gün, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Bu gün, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Bu gün, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Bu gün, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Bu gün, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Bu gün, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Bu gün, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Bu gün, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Bu gün, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Bu gün, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Bu gün, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Bu gün, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Bu gün, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Bu gün, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Bu gün, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Bu gün, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Bu gün, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Bu gün, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Bu gün, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Bu gün, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Bu gün, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Bu gün, 16:49 FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb Bu gün, 16:49 İslam Maxaçevin növbəti rəqibi bəlli oldu Bu gün, 16:49 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - RƏSMİ Bu gün, 16:49 Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 16:48 İlin sonuna qədər ən uğurlu günlər - Vacib işləri BU TARİXLƏRƏ sala bilərsiz Bu gün, 16:48 Zaqatalada böcəklər evlərə kütləvi hücum edib Bu gün, 16:48 Arvadını öldürən şəxs mirasdan məhrum edildi Bu gün, 16:48 Seyfəddin Qəndilovun oğlu vəfat etdi Bu gün, 15:48 Qlobal səviyyədə ərzaq qiymətlərinin artmasının bir səbəbi də bu imiş... Bu gün, 15:48 "Sabah"ın ÇL-dəki rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı Bu gün, 15:48 Xalq artisti: "Məktəbli məhz məktəbli formasında olmalıdır" Bu gün, 15:48 FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Bu gün, 15:48 Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi Bu gün, 14:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib Bu gün, 14:48 Laos Prezidenti Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Bu meyvə ekstraktı prostat xərçənginin qarşısını ala bilir Bu gün, 14:48 Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb Bu gün, 14:48 İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb Bu gün, 14:48 XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? Bu gün, 14:48 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Bu gün, 14:48 Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR