27-01-2022, 19:52 910

Azərbaycanın “Qırmızı Kitab”ında yenilik -

Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə nadir, nəsli kəsilmək və təhlükə al­tında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırılır.

Avesta xəbər verir ki, bu barədə AMEA Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov məlumat verib.

O bildirib ki, bu növlər Oligochaeta (qurd) - 1 növ, Hirudinea (zəli) – 1 növ, Mollusca (malyusk) - 3 növ, Crustacea (xərçəng) - 1 növ, İnsecta (böcək) - 118 növ, Pieces - 11 növ, Amhpibia - 6 növ, Reptilia (sürünənlər) - 20 növ, Aves (quş) - 83 növ, Mammalia (məməlilər) - 35 növdür: "Hazırda “Qırmızı Kitab"ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və İşçi qrupun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılır”.

İcraçı direktor bildirib ki, monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə (Anax imperator, Calosoma sycophanta, Rhaesus serricolli), Bubopsis andromache, Utetheisa pulchella, Saga ephippigera) rast gəlinmiş, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib: "Növ mənsubiyyətinin dəqiqləşdirilməsi əvvəllər Azərbaycanda qeydə alındığı barədə məlumat verilən Rethera komarovi növünün Rethera drilion Rebel & Zerny, 1931 növü, Axiopoena maura Eichwald, 1830 növünün isə A.karelini Ménétriés, 1863 olduğu müəyyən edilmişdir. Buna görə də Qırmızı kitabın əvvəlki nəşrlərində Rethera komarovi adı altında verilən növ Rethera drilion Rebel & Zerny, 1931 kimi, Axiopoena maura Eichwald, 1830 növü isə A.karelini Ménétriés, 1863 adlandırılması təklif edilir".

Onun sözlərinə görə, cari ildə hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər həyata keçirilib.

İcraçı direktor qeyd edib ki, hazırda tibb zəlisinin (H.orientalis) “Qırmızı Kitab”a daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. “Qırmızı Kitab”ın II nəşrində yer alan Pilzov çay xərçəngi, Lənkəran anodontu və Muğan eyzeniyası haqqında toplanılan məlumatlar üzərində işlər davam etdirilir.

Elşad Əhmədov vurğulayıb ki, apardıqları müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq “Qırmızı Kitab”ın II nəşrində yer alan çay qızılxallısının (Salmo fario Linneus, 1758) və qızılı şirbitin (Zərdəpər) (Luciobarbus capito Güldenstädt,1773) geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun “Qırmızı Kitab”ın növbəti nəşrinə tövsiyə edilməməsi və növbəti nəşrə 3 növ balığın - Kür siyənəyini (Alosa curensis Suworow,1907), Soyuqbulaq külməsini (Rutilus sojuchbulagi Abdurahmanov,1950) və mursa şirbitinin (Luciobarbus mursa Güldenstädt,1773) daxil edilməsi məsələsi araşdırılır: "Herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib”.

İcraçı direktor tədqiqat ərazisindən “Qırmızı Kitab”ın növlərinə aid materialların toplandığını bildirib: "Xüsusilə qeyd etmək istəyirəm ki, 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib".

Elşad Əhmədov vurğulayıb ki, “Qırmızı Kitab” növlərinin öyrənilməsinə dair ornitoloqların Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün (imperator qartalı - Aegypius monachus, çöl muymulu - Falco naumanni, şahin qızılquş - Falco peregrinus, adi arıyeyən - Pernis apivorus, qaragöz qızılquş - Falco subbuteo, cırtdan qartal - Hieraetus pennatus), Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün (leşyeyən ağkərkəs - Neophron percnopterus, keçəl qarakərkəs - Aegypius monachus, saqqallı kərkəs - Gypaetus barbatus, ağbaş kərkəs - Gyps fulvus) sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb:

"Terioloqlar tərəfindən tədqiqatlar isə Böyük Qafqaz ərazisində aparılmış, “Qırmızı Kitab”a daxil ediləcək Cırtdan ağdiş (Suncus etruscus), Kiçik köstəbək (Talpa levantis), Talpa talyschensi –(Hirkan köstəbəyi), Hind tirəndazı (Hystrix indica) Cırtdan siçan, (Micromys minitus), Qafqaz qar siçanı (Chionomys gud), Kiçik Asiya qar siçanı (Chionomys roberti), bəbir (Panthera pardus), vaşaq (Lynx lynx), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis) növləri haqqında materiallar toplanıb".

O əlavə edib ki, Azərbaycanın “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması məqsədilə Yarasalar dəstəsindən (Chiroptera) olan növlər üzrə məlumatları toplamaq üçün Azərbaycanın müxtəlif təbii vilayətlərinə ekspedisiyalar təşkil edilib: "Bu məqsədlə “Qırmızı Kitab”ın II nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə (Rhinolophus hipposideros - kiçik nalburun, Rh. mehelyi - eynəkli nalburun, Rh. ferrumequinum - böyük nalburun, Myotis blythii - itiqulaq gecə şəbpərəsi, M.emarginatus - üçrəng gecə şəbpərəsi, Barbastella caspica - Asiya enliqulağı, Eptesicus ognevi - səhra gönlücəsi, Miniopterus schreibersii - adi uzunqanadlı yarasa) materiallar toplanmış, original fotoşəkilləri çəkilmiş, məlumat bazası üçün səs qeydiyyatları xüsusi olaraq yazılmış, spektoqramları əldə edilib". (Report)

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR