30-06-2023, 20:27 515

Ermənistan üçtərəfli bəyanatın legitimsizləşdirilməsi üçün əlindən gələni edir - ŞƏRH

Bu həftə - iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Atəş nəticəsində hərbi qulluqçumuz Bəkirov Əli Şükür oğlu yaralandı. Azərbaycan Ordusu yaralanmış əsgərimizin qisasını almaq üçün elə həmin gecə cavab tədbirlərinə başladı. “Qisas” adı altında keçirilən bu əməliyyatla qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi.

Burada bir məqama diqqət çəkmək istərdik. Belə ki, sözügedən əməliyyatlar zamanı məhv edilən 5 nəfərdən 2-si Ermənistan Silahlı Qüvvələrinin (SQ) hərbçiləridir. Bunu Ermənistan tərəfi özü də etiraf edib. Beləliklə, Qarabağda məhv edilmiş şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin olması bir daha sübut edir ki, Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində fiziki mövcudluğu faktiki olaraq davam edir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də digər rəsmi şəxslər danışıqlar prosesində Qarabağda Ermənistan SQ-nin mövcudluğunu inkar edirlər. Bu fakt isə onların saxtakarlığını bir daha təsdiqləmiş oldu.

Məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində hazırda 10 minə yaxın qanunsuz silahlı birləşmə üzvü var və şübhə yoxdur ki, onların arasında Ermənistan ordusunun hərbçiləri də mövcuddur. Baxmayaraq ki, qarşı tərəf bunu inkar edir, amma bu qanunsuz dəstələrin vahid əməliyyat idarəetmə sistemi məhz Ermənistan SQ Baş Qərargahı tərəfindən təmin edilir. Eləcə də logistik dəstək, silah-sursat, şəxsi heyətin təminatı, təlim-məşq prosesi, həmçinin, qanunsuz birləşmələrin maliyyə təminatı Ermənistan büdcəsi hesabına həyata keçirilir.

Bu arada, xatırladaq ki, üçtərəfli bəyanatın ən vacib müddəalarından birinə əsasən, Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu müddəa hələ də təmin olunmur. Təəssüf ki, bütün bunlar da sülhməramlıların gözü qarşısında baş verir. Beləliklə, sözügedən müddəa məhz Rusiya və Ermənistanın özü tərəfindən kobud şəkildə pozulur.

Bununla belə, Ermənistan tərəfi qabaqdangəlmişlik edərək Azərbaycanın ünvanına hansısa ittihamlar səsləndirir. Guya Azərbaycan üçtərəfli bəyanatın müddəalarını pozur, Laçın yolunu Qarabağda yaşayan ermənilərin üzünə qapadır. Halbuki, istər sülhməramlıların, istərsə də Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə mülki ermənilərin buraxılış məntəqəsindən keçidi təmin edilir. Odur ki, Ermənistanın ittihamları əsassızdır. Digər tərəfdən, indiki real vəziyyətə əsasən üçtərəfli bəyanat kontekstindən danışmağın özü də mənasızdır. Çünki Rusiya və Ermənistanın həmin müddəaya əməl etməməsi üçtərəfli bəyanatı tamamilə qeyri-legitim sənədə çevirir, belə demək mümkünsə, bu sənədin ətrafında yaradılmış arxitektura dağıdılır.

Digər tərəfdən, sözügedən sənəd Azərbaycanın Naxçıvanla əlaqəsini, eləcə də Zəngəzur dəhlizinin açılmasını da təmin etməli idi. Lakin hələlik bunlar da həyata keçirilməyib. Buradan belə nəticə çıxır ki, Rusiya və Ermənistan bu sənədin legitimsizləşdirilməsi üçün əllərindən gələni edirlər. Əlbəttə, bütün bunlara görə məsuliyyət Rusiya və Ermənistanın üzərinə düşür. Ona görə ki, sənəddə məhz bu ölkələrin rəhbərlərinin imzaları var.

Qayıdaq Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi birləşmələrin təxribatlarına. Görünən odur ki, bu cür təxribatlarla sülh prosesinə xələl gətirməyə çalışırlar. Bəzi məlumatlar da deməyə əsas verir ki, qanunsuz hərbi birləşmələr yeni təxribatlar hazırlayır. Təəssüf ki, bu da rusiyalı sülhməramlıların gözü qarşısında baş verir. Təbii ki, yeni təxribatlar baş verərsə, Azərbaycan Ordusu “Qisas-3” əməliyyatına başlayacaq. Artıq hər kəs bilməlidir ki, Azərbaycan öz ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğuna göz yummayacaq.

Əlbəttə, Azərbaycan humanizm prinsiplərindən çıxış edərək Ermənistan ordusunun 2 hərbçisinin cəsədini qarşı tərəfə qaytaracaq. Bəzi mənbələrə görə, artıq bu istiqamətdə sülhməramlı kontingentlə də təmaslara başlanılıb. Bununla belə, təbii ki, hadisələr bu cür davam edə bilməz. Azərbaycan ərazisində tam demilitarizasiya təmin edilməli, qanusuz hərbi birləşmələr ərazilərimizdən çıxarılmalı və burada yaşayan əhalinin reinteqrasiyası təmin edilməlidir.

Bir daha xatırlatmaq yerinə düşər ki, baş verənlər Ermənistanın riyakar siyasətinin isbatıdır. Ermənistan üzdə sülh müqaviləsində maraqlı olduğunu, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan etsə də, əməldə tam fərqli mövqe sərgiləyir, hərbi-siyasi təxribatlarını davam etdirir.

Lakin Ermənistan unutmasın ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini tam təmin etmək əzmindədir. Prezident İlham Əliyevin 26 İyun - Ordu Günü münasibətilə çıxışında qeyd etdiyi kimi, istənilən təxribatın cavabı sərt olacaq!

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR