29-06-2023, 12:00 593

Hərbi ekspert: “Qanunsuz hərbi birləşmələr anlamalıdırlar ki, gələcəkdə əməliyyatlar daha sərt olacaq”

"Qanunsuz hərbi birləşmələr anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam etdirərlərsə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq".

Bunu “AVESTA.AZ”a açıqlamasında qanunsuz hərbi birləşmələrin Qarabağda son təxribatı və Azərbaycan Ordusunun cavab addımlarını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində həyata keçirilən hərbi əməliyyatların tək səbəbkarı erməni tərəfidir və məsuliyyəti də məhz onlar daşıyır: “Bildiyiniz kimi, separatçıların içində revanşist, təxribatçı qüvvələr çoxluq təşkil edir və onların tək məqsədi Azərbaycan ərazisində asayişi pozmaqdır. Azərbaycan tərəfinin keçirdiyi preventiv tədbirlər nəticəsində müəyyən uğurlara nail olunub və bundan sonra da belə olacaq. Həmin qüvvələrə qarşı keçirilən antiterror əməliyyatları Azərbaycanın beynəlxalq və yerli hüquq tərəfindən qorunan haqqıdır”.

İ.Rüstəmli deyib ki, Azərbaycan bu istiqamətdə kifayət qədər ciddi və konkret addımlar atır: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, həmin bölgədəki silahlı birləşmələrin fəaliyyəti cinayətdir. Qanunsuz hərbi birləşmələrin rəhbərləri anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam edəcəksə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq. Azərbaycanın bu məsələdə qərarlı olması kifayət qədər hüquqidir və bütün təxribatların qarşısı qətiyyətlə alınacaq”.

Xatırladaq ki, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı keçirilən “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Beləliklə də, hər dəfə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ərəfəsində bu cür erməni təxribatları törədilir və bu artıq ənənə şəklini alıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində törədilən bu təxribatı da məqsədyönlü şəkildə törədilmiş bir insident hesab etmək olar.

Qeyd edək ki, bu insident ilk hadisə deyil və erməni separatçıları bundan əvvəl də analoji təxribatlara yol veriblər - “Fərrux” və “Sarıbaba” əməliyyatlatı buna bariz nümunədir. Erməni silahlı birləşmələrinin həmin ərazilərdə yol verdikləri təxribatlara layiqli cavab verilib. Konkret olaraq “Fərrux” əməliyyatı nəticəsində Xaçınçay su anbarı üzərində olan təhlükə aradan götürülüb. Daha sonra separatçılara qarşı "Sarıbaba", "Qırxqız" və digər istiqamətlərdə də layiqli cavab verilib. Ən əsası odur ki, əməliyyatlar ona görə həyata keçirilib ki, məhz separatçılar mövqelərimizə hücum edib və ardınca da cavab addımları atılıb.

Paylaş

Xəbər lenti

Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Dünən, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Dünən, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Dünən, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Dünən, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Dünən, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Dünən, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Dünən, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Dünən, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Dünən, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Dünən, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Dünən, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Dünən, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Dünən, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Dünən, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Dünən, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Dünən, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Dünən, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Dünən, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Dünən, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Dünən, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Dünən, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Dünən, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Dünən, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Dünən, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Dünən, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Dünən, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Dünən, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Dünən, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Dünən, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Dünən, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Dünən, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Dünən, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Dünən, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Dünən, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Dünən, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR