
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.
"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.
O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.