5-07-2023, 10:56 506

BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb

Bu gün BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb.

“AVESTA.AZ”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, layihənin məqsədi bir sıra ali təhsil müəssisələrində layihələrin idarə edilməsi sahəsində səriştələri və bacarıqları daha da gücləndirmək idi.

BP bu layihəni eyni məqsədli bir təhsil proqramının davamı olaraq həyata keçirib. Belə ki, həmin proqram çərçivəsində BP və tərəfdaşları daha əvvəl 15 yerli universitetdə layihələrin idarə edilməsi komandalarının yaradılmasına və təliminə dəstək vermişdi.

Bu sonrakı layihənin məqsədi isə tələbələrə, həmçinin müəllim heyətinə təlim keçməklə universitetlərdə layihələrin idarə edilməsi potensialını əlavə resurslarla daha da gücləndirmək olub.

14 aylıq (noyabr 2021-ci il - yanvar 2023-cü il) bu layihə çərçivəsində aşağıdakı səkkiz ali təhsil müəssisəsini təmsil edən 95 tələbə və 123 heyət üzvünə təlimlər keçilib. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyasıdır.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Birini tərəfdaşlarımızla birlikdə dəstəklədiyimiz, digərini isə bp-nin özünün maliyyələşdirdiyi bu iki proqram yerli universitetlərin yerli təşkilatlarla və get-gedə daha çox sayda beynəlxalq tərəfdaşlarla həyata keçirdikləri layihələrin peşəkar şəkildə idarə edilməsi üçün lazım olan səriştə və bacarıqları yaratmaq və inkişaf etdirmək üçün nəzərdə tutulub. Çox məmnunuq ki, bu iki layihəmiz sayəsində yerli universitetlərin əksəriyyəti indi artıq öz layihələrini, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq fəaliyyətləri çərçivəsində bağlanan qrant müqavilələrini effektiv şəkildə idarə etmək üçün yaxşı bilik, müasir metod və mexanizmlər və ən əsası beynəlxalq və milli sertifikatlı mütəxəssislərlə təmin olunub.”

Layihədə iştirak edən tələbələrə 120 saatlıq təlimlər keçilib. Sonda ən yüksək bal toplayan 64 tələbəyə layihə menecerlərinin qiymətləndirilməsində dünya lideri olan Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) təşkilatının Səviyyə D sertifikatları təqdim olunub. Səviyyə D IPMA qiymətləndirilməsində dörd dərəcədən biridir. Təxminən 28 tələbə isə yerli Azərbaycan Layihə İdarəetmə Assosiasiyası (AzPMA) sertifikatlarına layiq görülüb.

Bundan əlavə, layihə çərçivəsində layihələrin idarə edilməsinə dair 52 saatlıq akademik tədris kursu hazırlanıb və bütün iştirakçı universitetləri təmsil edən 19 müəllim bu kursu öz universitetlərində effektiv şəkildə tədris etmək üçün təlimlər keçib.

Layihə çərçivəsində həmçinin səkkiz universitetin hamısına layihələrin idarə edilməsi ofislərini yaratmaqda kömək məqsədilə bu sahə üzrə mütəxəssis konsultasiyaları verilib.

Dəyəri 209 703 manat (123 355 ABŞ dolları) olan bu layihənin icraçısı AzPMA idi.

Paylaş

Xəbər lenti

TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər Bu gün, 22:48 İlqar Vəlizadə: "Türk dünyası süni intellekt dövrünə qədəm qoyur" Bu gün, 22:48 Azərbaycanda pensiyalarla bağlı YENİLİK Bu gün, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstana səfəri barədə videoçarx paylaşılıb Bu gün, 22:48 Bakı dünya şəhərsalmasının paytaxtına çevrilir: WUF13 ən böyük sərgi ilə başlayacaq Bu gün, 22:48 Elcan Rəsulov: "Ənənəvi müalicə effekt vermir" Bu gün, 22:48 "Haber Global": İlham Əliyev liderlərə müraciət edib Bu gün, 21:48 Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər Bu gün, 21:48 Dövlət qulluğuna test imtahanının nəticəsi ləğv edilə bilər - Bu hallarda Bu gün, 21:48 Masazırda təhlükə yaradan bina tikilir? Bu gün, 21:48 FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş Bu gün, 21:48 İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı Bu gün, 20:48 Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək Bu gün, 20:48 "Ört-basdır etdiklərini ifşa edirik" - BTQ-nin effektiv fəaliyyəti kimləri narahat edir? Bu gün, 20:48 Kəlbəcərə qayıdan ailənin hekayəsi: "Hər qaranlıq gecənin bir işıqlı sabahı var" Bu gün, 20:48 Bakı, Gəncə və Zərdabda ağaclar MƏHV EDİLDİ Bu gün, 20:48 Əməkdar artist: "Onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın" Bu gün, 19:48 WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib Bu gün, 19:48 Lahıc yolunda UÇQUN - Qayalar yolun ortasına düşdü Bu gün, 19:48 Bayram namazının vaxtı məlum oldu Bu gün, 19:48 Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu Bu gün, 19:48 "Şəfa" Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi Bu gün, 18:48 Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB Bu gün, 18:48 Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR Bu gün, 18:48 İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib Bu gün, 18:48 Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini ilə ikitərəfli məsələləri müzakirə edib Bu gün, 18:48 Maksimum balı təkcə o topladı Bu gün, 18:48 Sürücülərə XƏBƏRDARLIQ - Bu magistral yol çöküb Bu gün, 18:48 WUF13 üçün onlayn qeydiyyat başa çatıb Bu gün, 18:48 Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək Bu gün, 17:48 Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik" Bu gün, 17:48 Evliliklərinin 10 illiyində bu fotoları paylaşdılar Bu gün, 17:48 Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR? Bu gün, 17:48 Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam" Bu gün, 17:48 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ Bu gün, 17:48 Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub Bu gün, 17:48 TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib Bu gün, 17:48 IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib Bu gün, 17:48 Ərdoğan Türk dövlətlərini yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa çağırıb Bu gün, 16:48 İlham Əliyev: Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir Bu gün, 16:48 İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib Bu gün, 16:48 Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır Bu gün, 16:48 Azərbaycanda "Ezamiyyə xərclərinin normaları haqqında" qərar dəyişib Bu gün, 16:48 Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb Bu gün, 16:48 Bu tarixdən YAĞIŞLAR BAŞLAYIR - XƏBƏRDARLIQ Bu gün, 16:48 Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir Bu gün, 16:48 WUF13 çərçivəsində təşkil olunan mühüm tədbirdə nə müzakirə olunur? Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR