
“Türkiyə ikinci əsrinə qədəm qoyub. Bu yeni dövrdə biz qlobal problemləri fəal şəkildə həll etməyə çalışacağıq”.
“AVESTA.AZ” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bura terrorizm, irqçilik, iqlim dəyişiklikləri ilə bağlı məsələlər daxildir:
“Böyükmiqyaslı problemlərlə üzləşən zaman hər kəs eyni şəkildə davranmır. Bəziləri itkilər verməmək üçün mübarizədən yayınır, bəziləri isə başqalarını günahlandırır”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.