
“Qoşulmama Hərəkatı bir çox problemlərin həllində mühüm rol oynayır”.
“Report” xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Mahmud Qureşi Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə deyib.
O, Qoşulmama Hərəkatının əhəmiyyətini və təşkilatın malik olduğu imkanları qeyd edib.
Pakistanın xarici işlər naziri Cammu və Kəşmir məsələsinə toxunaraq, bu ərazilərin Hindistan tərəfindən işğalının hələ də davam etdiyini qeyd edib.
M.Qureşi həmçinin müsəlman miqrantların ölkəyə girişinə qadağalar, İsveçdə Quran-Kərimin yandırılması, hicab qadağası və s. kimi islamofobiyanın dünyada təzahürlərinə qarşı daha fəal mübarizə aparmağa çağırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.