
"Bizi kifayət qədər çətin oyun gözləyir. Rəqib açıq-aşkar favoritdir".
"Report"un məlumatına görə, bunu Cəbəllütariq "Linkoln"unun futbolçusu Marko Rosa UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi Ağdam klubundan çəkindiklərini etiraf etsə də, futbolda hər şeyin mümkün olduğunu bildirib: "Oyunun gözəlliyi də bundadır. Uduzmamağa və onları təəccübləndirməyə çalışacağıq. Hər zaman öz şanslarımıza inanırıq".
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.