
İtaliyanın "Milan" və "Montsa" klubları Silvio Berluskoninin adına kubok təsis ediblər.
"AVESTA.AZ" yerli mətbuata istinadən xəbər verir ki, avqustun 8-də funksionerin prezidenti olduğu klublar arasında yoldaşlıq matçı təşkil olunacaq.
Qeyd edək ki, Silvio Berluskoni iyunun 12-də vəfat edib. O, 1986 - 2016-cı illərdə Milan təmsilçisinin sahibi olub. Keçmiş baş nazir 2018-ci ilin sentyabrında "Montsa"nı alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.