
Azərbaycanın gənc bədii gimnastları Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Federasiyadan "AVESTA.AZ"a verilən məlumata görə, yarışda fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova qüvvəsini sınayacaq.
Dünya çempionatı 7-9 iyulda təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.