
“Mən Türkiyənin sülh planımıza verdiyi dəstəyə görə minnətdaram. Türkiyə sülh planını həyata keçirmək üçün liderliyi öz üzərinə götürməyə hazırdır”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kiyev sülh planını həyata keçirmək istəyir və bu baxımdan Türkiyə liderliyi öz üzərinə götürməyə hazırdır:
“Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə minnətdaram. Ölkəmizə və xalqlarımıza sülh istəyən hər kəsə təşəkkür etmək üçün buradayam”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.