
"Turan Tovuz" komandası yetirməsi olan Budaq Nəsirovu transfer edib.
Klubdan "Report"a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə bağlanıb
Təcrübəli oyunçu "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz" və Portuqaliya "Sportinq"ində çıxış edib. O, Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millinin də formasını geyinib.
Qeyd edək ki, Budaq Nəsirov 2019-cu ildən klubsuz idi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.