Bu gün, 13:48 92

İlkin Zeynallı:

Bolt Azərbaycan üzrə Ride-Hailing (tətbiq vasitəsilə avtomobil sifarişi xidməti) Baş Meneceri ilə müsahibəni təqdim edirik:

– İlkin bəy, əvvəlcə özünüz və peşəkar təcrübəniz haqqında qısa məlumat verə bilərsinizmi?

– Mən Sumqayıtda doğulub böyümüşəm. Təhsilimi əvvəlcə Azərbaycanda almışam, daha sonra isə Praqada Biznesin İdarəedilməsi üzrə davam etdirmişəm. Xaricdə təhsil aldığım dövr mənim üçün yalnız akademik təcrübə deyil, eyni zamanda Azərbaycanı beynəlxalq mühitdə təmsil etmək baxımından da çox önəmli mərhələ olub.

Praqada fəaliyyət göstərən Azərbaycan tələbə icmasının fəal üzvlərindən biri olmuşam və müxtəlif tədbirlərdə iştirak etmişik. Bu tədbirlər vasitəsilə Azərbaycan mədəniyyətinin, tarixinin və Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət göstərirdik. Açığı, həmin dövrdə ölkəmi xaricdə təmsil etmək və Azərbaycan haqqında danışmaq mənim üçün böyük qürur hissi idi.

Peşəkar karyerama isə Procter&Gamble şirkətində başlamışam və burada təxminən 9 il müxtəlif regional və beynəlxalq vəzifələrdə çalışmışam. Azərbaycan, Qafqaz və Mərkəzi Asiya bazarları üzrə fəaliyyət göstərdikdən sonra Türkiyədə regional ofisdə Kommersiya Əməliyyatları üzrə baş menecer vəzifəsində çalışmışam. Həmin dövrdə komanda olaraq rekord nəticələr əldə etmişdik və bu nəticələr fərdi olaraq 2 dəfə qlobal CEO mükafatı ilə qiymətləndirilmişdi. Bu uğurlar xüsusilə çətin və rəqabətli dövrdə əldə olunduğu üçün mənim üçün ayrıca önəm daşıyır.

Daha sonra Samsung şirkətində satış və kommersiya istiqamətlərinə rəhbərlik etmişəm. Bu dövrdə əsas məqsədimiz qlobal bazardakı innovasiyaları Azərbaycan istehlakçılarına təqdim etmək idi.

Bu gün əsas motivasiyam beynəlxalq təcrübəni və qlobal yanaşmaları Azərbaycanda tətbiq etmək, yerli bazarın inkişafına töhfə vermək və insanların gündəlik həyatını texnologiya vasitəsilə daha rahat və əlçatan etməkdir. Düşünürəm ki, Azərbaycanın innovasiyalar və rəqəmsal həllər baxımından çox böyük potensialı var və bu inkişafın bir hissəsi olmaq mənim üçün çox önəmlidir.

İlkin Zeynallı:

– Beynəlxalq təhsil və müxtəlif ölkələrdə qazandığınız təcrübə sizin baxışlarınıza necə təsir edib?

– Düşünürəm ki, beynəlxalq təhsil və təcrübə yalnız şəxsi inkişaf deyil, eyni zamanda ölkəyə dəyər qatmaq üçün vacib alətdir. Müxtəlif bazarlarda çalışmaq qlobal yanaşmaları, yeni texnologiyaları və fərqli istehlakçı davranışlarını daha yaxından anlamağa imkan yaradır.

Əsas məsələ isə bu təcrübəni lokallaşdıraraq Azərbaycanda tətbiq etməkdir. Bu gün dünyada baş verən innovasiyaların və texnoloji yeniliklərin ölkəmizdə də tətbiq olunması üçün böyük potensial görürəm. Azərbaycan sürətlə inkişaf edir və Bolt üçün bir çox qlobal yeniliklərin ilk tətbiq olunduğu ölkələrdən biridir.

– Ride-hailing sektorunda sizi ən çox cəlb edən nə oldu?

– Bu sahənin sürəti və dinamikası. Ride-hailing daim dəyişən və sürətli qərarvermə tələb edən ekosistemdir. Burada daim yeni həllər, innovativ yanaşmalar və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün imkanlar yaranır.

Azərbaycan kimi sürətlə inkişaf edən ölkədə texnologiyanın insanların gündəlik həyatını necə sadələşdirdiyini görmək isə ayrıca motivasiya verir.

– Bakı kimi intensiv trafikə malik şəhərdə texnologiya nə dərəcədə vacib rol oynayır?

– Bakı çox dinamik şəhərdir və burada hərəkət intensivliyi günün saatından, hava şəraitindən və digər amillərdən asılı olaraq sürətlə dəyişə bilir. Belə mühitdə effektiv mobillik yalnız böyük sürücü sayı ilə deyil, düzgün texnoloji idarəetmə ilə mümkündür.

Platformamız real vaxt məlumatlarını analiz edərək tələbatı, sürücü aktivliyini və yol vəziyyətini qiymətləndirir. Bu isə sifarişlərin daha effektiv uyğunlaşdırılmasına və marşrutların optimallaşdırılmasına imkan yaradır.

Azərbaycanda minlərlə aktiv tərəfdaş sürücü və hər ay milyonlarla istifadəçi olduğu üçün platformada böyük məlumat axını formalaşır. Bu məlumatlar sistemin daha ağıllı və proqnozlaşdırıla bilən şəkildə işləməsinə kömək edir.

– Son illərdə Azərbaycanda istifadəçi davranışında hansı dəyişiklikləri müşahidə edirsiniz?

– Ən böyük dəyişiklik rəqəmsal xidmətlərə etibarın artmasıdır. Bir neçə il əvvəl insanlar əsasən nağd ödənişlərə üstünlük verirdilərsə, bu gün rəqəmsal ödənişlər və tətbiq əsaslı xidmətlər gündəlik həyatın vacib hissəsinə çevrilib.

Eyni zamanda istifadəçilərin gözləntiləri də dəyişib. İnsanlar artıq yalnız avtomobil sifariş etmək istəmirlər - onlar daha sürətli, təhlükəsiz və rahat təcrübə gözləyirlər.

İlkin Zeynallı:

– Rəqəmsal platformalar sürücülərin gündəlik iş həyatını necə dəyişib?

– Düşünürəm ki, bu dəyişiklik çox böyükdür. Əvvəllər sürücülərin qazancı daha çox təsadüflərdən və yerləşdikləri ərazidən asılı idi. Bu gün isə platforma onlara real vaxt rejimində tələbat məlumatları, gəlir şəffaflığı və elastik iş qrafiki təqdim edir.

Sürücülər yalnız sifariş qəbul edən insanlar deyil - onlar öz mikro-bizneslərini idarə edən tərəfdaşlardır. Platforma isə onlara texnologiya, məlumat və geniş istifadəçi bazasına çıxış imkanı yaradır.

– Sizcə, gələcəkdə Azərbaycanda şəhər mobilliyi necə inkişaf edəcək?

– Düşünürəm ki, Azərbaycan regionun ən ağıllı və texnoloji cəhətdən inkişaf etmiş mobillik ekosistemlərindən birinə çevrilmək üçün böyük potensiala malikdir. Son illərdə rəqəmsal xidmətlərə marağın artması və texnologiyaların gündəlik həyata daha sürətli inteqrasiyası bunu açıq şəkildə göstərir.

İnsanların mobilliyə yanaşması da dəyişir. Getdikcə daha çox insan avtomobil sahibi olmaqdan daha çox, istədiyi yerə rahat, təhlükəsiz və səmərəli şəkildə çatmağı üstün tutur.

Gələcəkdə ride-hailing, ictimai nəqliyyat və digər mobillik həllərinin daha inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcəyini düşünürəm. Texnologiyanın əsas məqsədi isə Azərbaycanın müxtəlif şəhərlərində insanların gündəlik hərəkətini daha rahat, əlçatan və effektiv etməkdir.

– Sonda, istifadəçilərə vermək istədiyiniz əsas mesaj nə olardı?

– Bizim əsas məqsədimiz insanlara gündəlik həyatlarında daha rahat hərəkət etmək imkanı yaratmaqdır. Bolt olaraq texnologiyanı insanların həyatını sadələşdirmək, şəhər mobilliyini daha effektiv etmək və istifadəçilərə daha keyfiyyətli təcrübə təqdim etmək üçün inkişaf etdirməyə və şəhər mobilliyinə yeni yanaşmalar gətirməyə davam edəcəyik.

Paylaş

Xəbər lenti

1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB Bu gün, 14:48 82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu Bu gün, 14:48 Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər Bu gün, 14:48 10 manatlıq borc mübahisəsi qanla bitdi: Təsbehlə təhqir edildiyini deyən gənc tanışını öldürdü Bu gün, 14:48 Vəzifə saxtakarlığında ittiham olunan Zülfüqar Zülfüqarov hakim qarşısına çıxarılacaq Bu gün, 14:48 Bakıda daha bir məktəb sökülərək yenidən tikiləcək Bu gün, 14:48 Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş keçirilir Bu gün, 14:48 Vaqif Poeziya Günləri Şuşada davam edir Bu gün, 14:48 Lavrov: Moskva və Bakı müttəfiqlik potensialının tam açılmasına doğru irəliləyir Bu gün, 14:48 Agentlik sədri Füzulidə vətəndaşlarla görüşüb Bu gün, 14:48 İlkin Zeynallı: "Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir" Bu gün, 13:48 Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 13:48 Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib Bu gün, 13:48 Azərbaycan millisi Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək Bu gün, 13:48 BDU-nun baş müəllimi Vaqif Nəbiyev vəfat edib Bu gün, 13:48 Dünya çempionatının bilet satışlarına start verildi Bu gün, 13:48 "Mançester Yunayted" 27 yaşlı futbolçu üçün hərəkətə keçdi Bu gün, 13:48 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ Bu gün, 13:48 ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb Bu gün, 13:48 ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu Bu gün, 13:48 İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 12:48 AQTA: Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək Bu gün, 12:48 "Sədərək"ə gedən yolda sürücülərin KABUSU - BMW-yə ziyan dəydi Bu gün, 12:48 ABŞ-nin Bəndər-Xomeynini vurması nəticəsində ölənlərin sayı artdı Bu gün, 12:48 Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək Bu gün, 12:48 Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 12:48 "Koroğlu"dan "Sea Breeze"ə ekspres avtobuslar yenidən sərnişin daşıyacaq Bu gün, 12:48 Sabah 35-38° isti olacaq Bu gün, 12:48 Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI Bu gün, 11:48 Slovakiya Prezidenti: Azərbaycan qaz təhcizatı məsələsində Bratislavanın əsas tərəfdaşıdır Bu gün, 11:48 Mənzil alanların diqqətinə - Bu halda pul tələb edə bilərsiniz Bu gün, 11:48 Deşam Fransa millisinin futbolçularına istirahət vermədi Bu gün, 11:48 İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 11:48 Vüqar Süleymanov: Azərbaycan dünyanın mina və partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir Bu gün, 11:48 İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 11:48 Azərbaycanda 6 ayda 13,3 milyon ton neft hasil edilib Bu gün, 11:48 Qazaxın azad olunmuş ərazilərinin 357 hektarı minalardan təmizlənib Bu gün, 11:48 İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 11:48 Arıqlama çayı və qəhvələrində təhlükəli maddələr aşkarlandı Bu gün, 11:48 Rusiyada gecə ərzində 243 Ukrayna PUA-sı məhv edilib Bu gün, 10:48 Xankəndidə ev yanıb Bu gün, 10:48 Azərbaycanda qaz ödənişləri ilə bağlı YENİLİK Bu gün, 10:48 Bakıda iki park arasında yeni piyada işıqforları quraşdırıldı Bu gün, 10:48 "Wizz Air" oktyabrda Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayacaq Bu gün, 10:48 "Barselona" Messi ilə Yamalın məşhur fotosunu paylaşıb "Sehrli" adlandırdı Bu gün, 10:48 AQTA 316 müəssisənin fəaliyyətini ciddi nöqsanlara görə məhdudlaşdırılıb Bu gün, 10:48 Bu bölgədə yeni heyvan bazarı açılacaq Bu gün, 10:48 SEPAH: ABŞ-nin Omandakı radarları vurulub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR