Bu gün, 17:48 70

VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.

Fərhad Hacıyev bildirib ki, bu il keçirilən müsabiqənin konsepti "Şəhərsalma və Memarlıq İli"nə həsr edilib: "Yarımfinal mərhələsində iştirak edən 326 namizəddən 130 nəfər finala yüksəlib. Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final mərhələsi iyulun 19-da başa çatacaq".

Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, karyera inkişafı təkcə vəzifədə yüksəlmək deyil: "Bu həm də ömürboyu öyrənmək, dəyişən dünyaya uyğunlaşmaq və özünü daim inkişaf etdirmək bacarığıdır. İnnovasiyaların, rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi, hər bir peşəni yenidən formalaşdırdığı müasir dövrdə davamlı öyrənmək ən qiymətli bacarıqlardan birinə çevrilib".

Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, müasir dövr hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, həm də etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara qarşı çevik və adaptiv yanaşma tələb edir: "Bu baxımdan, insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib. Bu müsabiqə ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib. Bu təşəbbüs yalnız bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda, inkişafyönümlü düşüncə və idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm tərəqqi platformasıdır".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öz çıxışında qeyd edib ki, ildən-ilə xaricdə yaşayan azərbaycanlıların da "Yüksəliş" müsabiqəsinə marağı artmaqdadır: "Biz il ərzində bir çox layihələr təşkil edirik. Sizlər də bizim bu layihələrimizdə iştirak edə, Azərbaycanı təmsil edə bilərsiniz. Azərbaycan dövləti bu gün böyük gücə çevrilib və bu gücün inkişafı üçün də güclü kadr potensialı olmalıdır".

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva söyləyib ki, "Yüksəliş" sadəcə adi bir yarışma deyil, bu, uğur qazanmış insanların müsabiqəsidir: "Burada artıq real həyatda nailiyyət əldə etmiş, bilik və bacarıqları sayəsində öz karyerasını və həyat yolunu formalaşdırmış, eyni səviyyədə olan digər uğurlu şəxslərlə rəqabət aparan insanlar bir araya toplanır. Əminəm ki, müsabiqə yekunlaşdıqdan sonra bir çoxunuz yeni dostluqlar quracaq, yeni peşəkar əlaqələr yaradacaqsınız. Bu da "Yüksəliş"in ən əhəmiyyətli dəyərlərindən biridir. Biz yarışmada bilikli, bacarıqlı, öz sahəsinin mütəxəssisi olan, eyni zamanda, dövlətçiliyə sədaqətli, sağlam mənəvi prinsiplərə əsaslanan, məsuliyyət duyğusu güclü olan insanların qalib gəlməsini arzu edirik. Elə şəxsiyyətlər ki, məsuliyyəti təkcə özünə, ailəsinə və işinə qarşı deyil, eyni zamanda, dövlətinə, xalqına və millətinə qarşı da hiss edirlər".

Finalçılar müsabiqədə mərhələ ərzində "İdarəçi rollar modeli"nə uyğun hazırlanmış müxtəlif situasiya və tapşırıqları yerinə yetirməklə öz biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər. Bununla da, altıncı "Yüksəliş" müsabiqəsinə yekun vurulacaq.

Paylaş

Xəbər lenti

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Bu gün, 17:50 Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir Bu gün, 17:49 II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilən qəbul imtahanında dörd nəfər 400 bal toplayıb Bu gün, 17:49 Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" Bu gün, 17:49 Bəzi məhsullar gömrük rüsumlarından azad olunur - FƏRMAN Bu gün, 17:49 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Bu gün, 17:49 ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub Bu gün, 17:48 Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb Bu gün, 17:48 VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib Bu gün, 17:48 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ Bu gün, 16:48 Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb Bu gün, 16:48 Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb Bu gün, 16:48 Metroda 6 müasir ventilyator quraşdırılıb Bu gün, 16:48 Premyer Liqanın yeni mövsümündə ilk böyük oyunların turları məlum olub Bu gün, 16:48 Ceyhun Bayramov İrəvanla münasibətlərin normallaşdırılmasında Bakının mövqeyi barədə danışıb Bu gün, 16:48 DÇ-2026-da tətbiq edilən VAR qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq Bu gün, 16:48 Bayramov: Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır Bu gün, 16:48 Sürücülər arasında mübahisə yaradan dayanacaq: Cəlil Məmmədquluzadə küçəsindəki vəziyyət Bu gün, 16:48 "BİMLAND" Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb Bu gün, 16:48 Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI Bu gün, 16:48 Məşhur türkiyəli aparıcı vəfat edib Bu gün, 15:48 1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB Bu gün, 14:48 82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu Bu gün, 14:48 Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər Bu gün, 14:48 10 manatlıq borc mübahisəsi qanla bitdi: Təsbehlə təhqir edildiyini deyən gənc tanışını öldürdü Bu gün, 14:48 Vəzifə saxtakarlığında ittiham olunan Zülfüqar Zülfüqarov hakim qarşısına çıxarılacaq Bu gün, 14:48 Bakıda daha bir məktəb sökülərək yenidən tikiləcək Bu gün, 14:48 Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş keçirilir Bu gün, 14:48 Vaqif Poeziya Günləri Şuşada davam edir Bu gün, 14:48 Lavrov: Moskva və Bakı müttəfiqlik potensialının tam açılmasına doğru irəliləyir Bu gün, 14:48 Agentlik sədri Füzulidə vətəndaşlarla görüşüb Bu gün, 14:48 İlkin Zeynallı: "Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir" Bu gün, 13:48 Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 13:48 Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib Bu gün, 13:48 Azərbaycan millisi Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək Bu gün, 13:48 BDU-nun baş müəllimi Vaqif Nəbiyev vəfat edib Bu gün, 13:48 Dünya çempionatının bilet satışlarına start verildi Bu gün, 13:48 "Mançester Yunayted" 27 yaşlı futbolçu üçün hərəkətə keçdi Bu gün, 13:48 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ Bu gün, 13:48 ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb Bu gün, 13:48 ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu Bu gün, 13:48 İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Bu gün, 12:48 AQTA: Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək Bu gün, 12:48 "Sədərək"ə gedən yolda sürücülərin KABUSU - BMW-yə ziyan dəydi Bu gün, 12:48 ABŞ-nin Bəndər-Xomeynini vurması nəticəsində ölənlərin sayı artdı Bu gün, 12:48 Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək Bu gün, 12:48 Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR