
2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında gerçəkləşəcək ilk oyun VIII tura təsadüf edəcək.
AVESTA.AZ xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının (PFL) yeni mövsümünün püşkatma mərasimində bəlli olub.
Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.
Ötən mövsümün çempionu "Sabah" ilə "Qarabağ" arasında baş tutacaq oyun isə IX turda "Sabah"ın meydanında keçiriləcək.
Qeyd edək ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.