
Finlandiya Rusiyanın Sankt-Peterburqdakı konsulluğunun Moskva tərəfindən bağlanmasına cavab olaraq həmin ölkənin Aland adalarındakı konsulluğunun bağlanmasını istisna etmir.
Bu barədə “AVESTA.AZ” Finlandiya Prezidenti Sauli Niinistönün “Bloomberg” agentliyinə açıqlamasına istinadən xəbər verir.
Ötən həftə Rusiya Finlandiyaya Sankt-Peterburqdakı ofisini bağlamağı əmr edib. Helsinki isə ölkənin cənub-qərb sahilindəki Turkudakı konsulluğundan diplomatları qovacağına işarə edərək, buna cavab verəcəyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.