
30 iyundan 3 iyuladək Türkiyənin Arsuz şəhərində futvole üzrə Dünya Çempionatının seçmə mərhələ yarışı keçiriləcək.
Avesta xəbər verir ki, Rio de Janeyro, Dubay və Batumidən sonra bu dəfə idmansevərlər Türkiyənin Aralıq dənizi sahillərinə yığışacaq. 12 ölkənin mübarizə aparacağı turnirə ev sahibliyi edəcək Türkiyənin Arsuz şəhərinin bələdiyyəsi tanıtım bilbordları hazırlayıb. Arsuzun müxxtəlif yerlərində nümayiş etdirilən bilbordlarda mötəbər yarışla bağlı məlumatlar işıqlandırılıb.
Qeyd edək ki, Beynəlxxalq Futvole Federasiyasının bayrağı altında baş tutacaq seçmə mərhələ "Road to Baku" şüarı altında təşkil edilir. Turnirdə Azərbaycan yığması da qüvvəsini sınayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.