14-07-2023, 21:45 594

Napoleondan ibrət dərsi almayan Makronun uğursuz başa çatan

Aprelin 17-də Fransa Prezident Emmanuel Makronun etirazlar və pensiya yaşını yüksəltmək üzrə qeyri-populyar planları fonunda özünə verdiyi 100 gün başa çatmaq üzrədir. Son hadisələr göstərir ki, Makronun "uzaqgörən" planı heç də özünü doğrultmayıb.

"AVESTA.AZ" xəbər verir ki, bunu Makronun həmin “100 gün” ərzində məqsədlərinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün keçirilən ictimai rəy sorğuları təsdiq edir.

Belə ki, “Le Figaro” qəzetinin “Odoxa”-“Backbone” şirkətləri vasitəsilə apardığı sorğunun iyulun 13-də elan edilən nəticələri onu deməyə əsas verir ki, Fransada baş verən iğtişaşlar, ölüm hallarının artması və irqi-ayrı seçkiliyin geniş vüsət alması Makron hakimiyyətinin sonunu yaxınlaşdırır.

Bir tərəfdən də Makronun məsuliyyətsiz bəyanatları, mətbuata verdiyi müsahibələr, xalqın istəyinə zidd qərarları Fransa vətəndaşlarını təngə gətirib. Bütün bunlar Fransada etiraz dalğasını getdikcə alovlandırır, polislə yerli əhali arasında qarşıdurmanı daha da gücləndirir. Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Ölkədə aparılan rəy sorğularının nəticələri göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən canlarını qurtarmaq istəyirlər.

“Le Figaro” qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, fransızların 78 %-i E.Makronun öz məqsədlərinə çatmadığını düşünür. 81 %-i ədalət və asayiş məsələsində az və ya ümumiyyətlə irəliləyişin olmadığını hesab edir. Təxminən eyni göstəricilər milli təhsil sahəsində inkişaf (80 %), səhiyyə sisteminin yaxşılaşdırılması (79 %) və əmək şərtlərinin və əmək haqqının yaxşılaşdırılması (76 %) istiqamətlərində də olub.

Respondentlər, həmçinin hökumətdən də narazı olduqlarını bildiriblər. Belə ki, onların 65 %-i dövlət başçısının Baş naziri dəyişməli olduğunu düşünür. Qeyd edək ki, ötən il bu göstərici 57 % idi.

Fransızlar həmçinin, ölkənin daxili işlər naziri (46 %), səhiyyə naziri (46 %), əmək naziri (46 %), ədliyyə naziri (51 %), milli təhsil naziri (58 %), eləcə də həmrəy və sosial iqtisadiyyat məsələlərinə məsul dövlət katibinin (59 %) uzaqlaşdırılmasının tərəfdarıdır.

Belə olan halda Fransa dövlət və hökumət orqanlarında yaxın vaxtlarda dəyişikliklərin olacağı qaçılmazdır. Apreldə ölkəni sakitləşdirmək üçün özünə "100 gün" vaxt verən Makron görünür ki, tarixdən ibrət dərsi almaq istəmir. Buna görə də o, 100 günün tamamında Napoleon kimi öz siyasi taleyi ilə barışmalıdır.

Qeyd edək ki, 1815-ci ildə Vaterloo döyüşündə Napoleon ordusu tamamilə darmadağın edildikdən sonra imperator müttəfiqlər tərəfindən Elba adasına sürgünə göndərilir. Lakin o, Elba adasından qaçaraq Fransaya gəlir və 100 gün yenidən hakimiyyətdə olur. Lakin ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleonu ingilis-niderland-alman qüvvələri məğlub edir.

Paylaş

Xəbər lenti

Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Dünən, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Dünən, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Dünən, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Dünən, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Dünən, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Dünən, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Dünən, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Dünən, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Dünən, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Dünən, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR