29-01-2022, 10:17 1129

Gənc şirniyyatçı: “Xalq olaraq ağız dadımızı yeniləməyi sevmirik” –

"Zərif izlərlə" rubrikasında həyatda öz addımları ilə irəliləyən, çətinliklərə öz gücü ilə qalib gələn xanımlar haqda məlumatlar təqdim edilir.

Rubrikamızın ilk qonağı isə pasta-şef İlahə Həsənovadır.

- İlahə xanım, əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verin.

- Ailədə 4 nəfərik, məndən başqa kiçik bacım var. Bakının Nəsimi rayonunda 44 saylı məktəbdə oxumuşam. Artıq 6 ildir qənnadı məhsulları sahəsində çalışıram.

- Bu işin təhsilini almısınız?

- Xeyr. Mən əslində Azərbaycan Dövlət Aqrar Universitetinin maliyyə ixtisasını bitirmişəm. Ailəm, xüsusilə atam məni uniformada görmək istəyib. Əvvəl deyirdi ki, sən hüquqa hazırlaşmalısan, səni vəkil görmək istəyirəm. Bir ara aktrisa olmaq arzum idi. Sonra atam dedi, səndən yaxşı polis olar. Ailəmdən çox dəstək görmüşəm və bu davam edir.

- Maraqlıdır, bəs niyə hüququ yox, iqtisadiyyatı seçdiniz?

- Bütün ixtisaslara marağım vardı. Maliyyə, hüquq, jurnalist... Evdən müdaxilələr də az deyildi. Qohumlarım soruşurdu ki, sən niyə şirniyyatçı olursan? Məni kostyumda, topuqlu ayaqqabıda bank işçisi təsəvvür edirdilər. Bir ara işədüzəltmə bürosunda işlədim. Kompüter qarşısında bütün günü otur - ürəyim partlayırdı. Bu, mənə uyğun həyat tərzi deyildi. Mən hərəkətli işi sevirəm. Şirniyyatçılıqda yaradıcılıq var. Qismət belə imiş...

- İxtisas seçiminizdə nə vaxta qədər basqı oldu?

- Mən qəbul imtahanına 6 ay qalmış 3-cü qrupu seçdiyim halda 2-ci qrupa hazırlaşmağa başladım. Jurnalist olmaq istəyirdim, iqtisadiyyata yönəldim. O dövrdə çox adam maliyyəyə sənəd verirdi.

- İqtisadiyyatı bitirdikdən nə qədər müddət sonra şirniyyatçı oldunuz?

- Universitetdə oxuya-oxuya işləyirdim. Anam da şirniyyatçıdır. Xatırlayıram, balaca uşaq idim, evdə anam və nənəm şirniyyatlar hazırlayanda onlara baxırdım. İndi də xəmir görəndə o səhnələr gözümün önündə canlanır. Nənəm qəşəng xəmir yoğurardı. İndi xəmir yoğuranda görürəm ki, onun tərzini təkrarlayıram. O vaxtdan məndə maraq yaranmışdı.

Anam da mənim kimi təhsil olaraq başqa ixtisası - rabitəni bitirib. Amma mayalı məhsulların bişirilməsi və texnologiyası ilə məşğuldur. Anam mənə dəstək oldu ki, hansı sahəni istəyirsənsə, onu seç. Bir tərəfdən də insanın özünü tapıb, gördüyü yer var, mən də bunu etdim.

- Demək, sadəcə diplom almaq üçün iqtisadiyyatı seçdiniz?

- Bəli. Çünki artıq universitetə daxil olmuşdum, oxumalı idim. Diplom lazım idi.

- Bəs şirniyyatçılıq üzrə dərslər aldınız?..

- Əlbəttə. Treyninqlərdə iştirak etmişəm. Türkiyədə dəfələrlə seminarlarda olmuşam. Sonuncu təlim 4 ay əvvəl Türkiyənin Bursa şəhərində keçirildi. Təlimlər satış, qidanın hazırlanması, teksturası və sairə üzrə təcrübi bilgilər verirdi. Hazırda hədəfim Avropa ölkələridir.

- Necə düşünürsünüz, bu sahədə təhsilə ehtiyac varmı?

- Əlbəttə, istəyərdim ki, qida texnoloqluğu üzrə təhsil alım. Amma fikrimcə, bu sahədə təhsil mütləq deyil. Olsa olar, olmasa yox... Mənim üçün təcrübə çox önəmlidir.

- İlk iş yeriniz hara olub?

- Əslində, bunu mənim üçün demək utanc deyil, hər kəsin sıfırdan başladığı bir nöqtə var. Mən marketdə çalışırdım. 3 ay orada işlədim. Anam "Puratos Group"da çalışırdı. Bir gün gəldi dedi ki, İlahə, texnoloq hazırlayırlar. Müəyyən müddət öz cibindən xərclərini qarşılamaq şərtilə bu sahəni öyrənəcəksən. Sənə peşəkar texnoloqlar dərs keçəcək, sonra xarici ölkələrə göndərəcəklər.

Həqiqətən də bunu istəyirdim. Şirniyyata hər zaman marağım olub. Mətbəx mənim üçün çılğınlıq deməkdir. Anamın təklifi ilə razılaşdım.

"Puratos Group"da pulsuz işlədim. Bir neçə ay sonra məni 1 həftəlik Türkiyəyə göndərdilər. Oradan qayıtdıqdan sonra şirkətin Türkiyə şöbəsindən mənə iş təklifi gəldi. Bir az tərəddüd var idi. Mentalitetimiz, tək qız necə yaşayacaq-filan kimi səbəblər... Lakin getdim, 2 il orada işlədim.

Şirkətin Azərbaycandakı rəsmi nümayəndəliyində demoşef olaraq çalışdım. Daha sonra "Vyana şokolad evi", "Veysəloğlu", "Bal badəm" şirkətlərində fəaliyyət göstərdim. Hər biri mənim üçün ayrı-ayrı təcrübə idi.

- İlk maaş nə qədər olub?

- 250 manat. Evə konfet almışdım. Demişdilər ki, ilk maaşa şirniyyat almalısan...

- İlk hazırladığınız şirniyyat hansı idi?

- Peşəkar səviyyədə soruşursunuzsa, Türkiyədə olanda "ibiza" adında desertimiz var idi. Uzun, bananlı desert idi. Onu mənim kimi bükən yox idi. Ustam deyirdi ki, İlahə, etiraf edirəm ki, bunu məndən yaxşı bacarırsan. Amma daim öyrənməyə meyilli biriyəm.

- Evdə ən çox nə hazırlayırdınız?

- Tez-tez islak kek, sütlaç hazırlamağı sevirəm.

- İşdə tapşırığa etiraz etdiyiniz olurdumu?

- Yox. Bu 6 ildə çox şeylə qarşılaşmışıq. Bir dəfə sosis hazırlamalı idim. Onu bir gün əvvəldən hazırlayırıq ki, sabah pasta üzərinə əlavə edəcəyik. 20 litrlik yağı qaz üzərinə qoymuşdum və başım qarışıq olduğu üçün yağ yanmışdı. O yağdan da daha qalmamışdı. Mən bir anlıq dayandım və dedim ki, ağlımı işə salmalıyam. Məsələni həll etdik. Bir yolunu tapdıq, başqa yağlar əlavə etdik, teksturada dəyişiklik oldu. Hadisə yeni il ərəfəsində baş verdiyi üçün hələ də o il yadımdan çıxmayıb. Tərkibdə dəyişiklik aparsam da, bunu rəhbərliyə etiraf etmişdim.

- Uşaqlıqdan bəri axtardığınız damaq dadı nədir?

- İran keksləri olurdu, "Pampam", onun dadından ötrü ürəyim gedirdi. Bir də sünbül peçenye vardı, onu çox sevirdim.

- Yeni başlayanlar təcrübəni haradan toplaya bilərlər?

- İstehsalatda köməkçi kimi başlamaq olar. Mən bu mərhələlərdən keçmişəm. Özüm kimi köməkçi hələ görməmişəm. Həmişə demişəm ki, "necə ola bilər ki, İlahə etməsin? Etməliyəm". Bu gün də Türkiyəyə gedəndə, yaxud Türkiydən gələn olanda şefimin yanında demirəm ki, filan şey niyə belədir?.. Bilməliyəmsə öyrənirəm.

- Bu sahəyə hansı yenilikləri gətirmək istəyərsiniz?(telegraf.com)

Paylaş

Xəbər lenti

Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Dünən, 23:48 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Dünən, 23:48 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi Dünən, 23:48 CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Dünən, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Dünən, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Dünən, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Dünən, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Dünən, 22:48 Sumqayıtda su fontan vurdu Dünən, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Dünən, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Dünən, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Dünən, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Dünən, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Dünən, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Dünən, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Dünən, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Dünən, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Dünən, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Dünən, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Dünən, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Dünən, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Dünən, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Dünən, 18:48 57 yaşlı müğənni vəfat etdi Dünən, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Dünən, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Dünən, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Dünən, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Dünən, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Dünən, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Dünən, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Dünən, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Dünən, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Dünən, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Dünən, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Dünən, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Dünən, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Dünən, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Dünən, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Dünən, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Dünən, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Dünən, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Dünən, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Dünən, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Dünən, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Dünən, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR