
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" klubunun Çağırış Kubokundakı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Şuşa təmsilçisi 1/32 final mərhələsində Slovakiyanın "Spartak" (Miyava) kollektivi ilə üz-üzə gələcək.
"Xarı Bülbül" ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, bu raundun birinci görüşləri 24 - 26 oktyabrda, cavab qarşılaşmaları isə 31 oktyabr - 2 noyabrda olacaq.
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubunun Çağırış Kubokundakı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, ölkə çempionu 1/32 final mərhələsində Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək.
Komanda ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, bu raundun birinci görüşləri 10-12 oktyabrda, cavab qarşılaşmaları isə 17-19 oktyabrda olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.