
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.
"AVESTA.AZ"un məlumatına görə, komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək.
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq.
"Azərreyl" ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.