24-07-2023, 13:12 494

Rusiyanın taxıl təhdidi Ukraynaya nə vəd edir?

Rusiyanın bu ay 4 tərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb. Nəzərə alaq ki, ötən il ərzində Ukrayna həmin koridor vasitəsilə daşınan məhsulun satışından 10 milyard dollara qədər gəlir əldə edib. Bu, "Taxıl sazişi"nin Kiyev üçün əhəmiyyətini əyani formada göstərir.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Mikita Petruev "AVESTA.AZ"un Şərqi Avropa bürosuna bildirib ki, bu, Kiyev üçün elə də ciddi fəlakət vəd etmir:

"Ümumiyyətlə “Taxıl sazişi”nin dayandırılması Ukrayna üçün fəlakətli vəziyyət yaratmayıb. Şübhəsiz ki, bu, çətin vəziyyətin yaranmasına səbəb olub. Belə ki, Ukrayna məhsullarının ixracı daha çətin olacaq. Əlbəttə ki, bu vəziyyət Ukrayna məhsullarının alıcıları olan ölkələrə daha çox ziyan vuracaq. Lakin bizim ölkənin iqtisadiyyatı, kənd təsərrüfatı sahəsi bu durumdan fəlakətli səviyyədə zərər görməyəcək".

Onun sözlərinə görə, Ukrayna məhsullarının ixracı üçün başqa yollar tapılacaq və böyük hissəsi beynəlxalq bazara çıxarılacaq: "Əlbəttə ki, indiki vəziyyətdə Ukrayna bəzi gəlirlərindən məhrum ola bilər. Amma bu, uğurla aparılan müharibə üçün böyük problem yaratmayacaq, çünki Ukraynaya NATO ölkələrinin və digər müttəfiqlərin arsenalında olan silahlar tədarük olunur. Bundan başqa, hazırda Ukrayna büdcəsi Avropa İttifaqının (Aİ), NATO ölkələrinin və s. makromaliyyə yardımları sayəsində dolur. Moskva “Taxıl sazişi”nin pozulmasının Kiyevə ciddi zərbə vuracağını düşünürsə, o zaman yanılır".

Mikita Petruev
Mikita Petruev

M.Petruev təəssüflə qeyd edib ki, bir çox Qərb, NATO ölkələri hələ də baş verənlərə adekvat qiymət vermir:

"Məsələn, Rusiyanın Ukraynaya qarşı müharibəsini çox vaxt “münaqişə”, “böhran” adlandırırlar. Lakin bunun genişmiqyaslı müharibə olduğu açıq və aydındır. Rusiya bununla Ukrayna dövlətini, xalqını məhv etmək istəyir. Hazırda Rusiya Qara dəniz hövzəsində piratlıqla məşğuldur. Beynəlxalq hüquqi aktlar bunu təsdiqləyir. Belə ki, əgər bir dövlət digərinə müharibə elan etmədən ona qarşı dənizdə hərbi əməliyyatlar aparırsa, bu, piratlıqdan başqa bir şey deyil. Bir sözlə, Rusiya Ukraynaya qarşı həm quruda, həm dənizdə müharibə aparır".

M.Petruev vurğulayıb ki, Türkiyənin, bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi NATO-ya daxil olan digər ölkələrin mövqeyindən fərqlənir:

"Hesab edirəm ki, Ərdoğan addımları ilə göstərib ki, Qara dəniz hövzəsində Rusiyanın piratlıq fəaliyyətinə dözməyəcək. Fikrimcə, o, bu mənada Moskvaya aydın siqnallar göndərir. Türkiyə Qara dənizdə sərbəst gəmiçilik fəaliyyəti ilə bağlı beynəlxalq normaların həyata keçirilməsinə sadiqdir. Odur ki, düşünürəm ki, ilk növbədə Qara dənizə çıxışı olan NATO ölkələri, o cümlədən hərbi blokun digər üzvləri şübhəsiz ki, bu prosesdə vacib rol oynayacaq Türkiyə ilə birlikdə Rusiyadan çəkinməməli, Qara dənizdə piratlığın qarşısının alınması məqsədilə qəti və sərt addımlar atmalıdır".

Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə "AVESTA.AZ"a bildirib ki, Rusiyanın əməlləri onun terrorçu dövlət olduğunu göstərir.

O hesab edir ki, bu gün Moskvanın Ukraynanın infrastruktur obyektlərinə, dəniz limanlarına və başqa strateji nöqtələrə zərbələr endirməsi "Taxıl sazişi"nin dayandırılmasından sonra ərzaq böhranının yaranması ilə bağlı təhdid yaradır.

Rövşən Tağıyev
Rövşən Tağıyev

R.Tağıyevin sözlərinə görə, bu böhran Afrika, Asiya, Latın Amerikası ölkələri və digər regionlarda yaşayan on milyonlarla insana mənfi təsir göstərəcək: "Ukrayna isə bəyan edib ki, bununla bağlı cavab tədbirləri həyata keçirmək hüququna malikdir. Məsələn, Rusiyaya məxsus gəmilərə qarşı. Bu məsələdə diplomatiya yüksək səviyyədə həyata keçirilməlidir. Qərb artıq qəbul etməlidir ki, Rusiya ilə razılaşmaların əldə olunması mümkün deyil. Odur ki, Ukraynadakı limanların təhlükəsizliyinin təmin edilməsi üçün hərbi yardıma ciddi yanaşılmalıdır. Məsələn, hazırda bütün dünyanın ehtiyac duyduğu ərzaq məhsullarının Ukraynadan tədarükü məqsədilə Kiyevə hərbi aviasiya verilə bilər. Bu mənada amerikalı, avropalı siyasətçilərin bəyanatlarını eşidirik. Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın bununla bağlı təklifi çox vacibdir. Bu gün Afrika ölkələri anlamalıdır ki, Rusiya ilə, Vladimir Putin ilə razılaşmaların əldə olunmasına ümid etmək olmaz. Bu ölkələr qiymətlərin artmasından, ərzaq məhsullarının çatışmazlığından əziyyət çəkə bilər. Bu isə müxtəlif ölkələrdə sabitliyin pozulmasına, Avropa İttifaqına üzv olan ölkələrə və digərlərinə milyonlarla qaçqının gəlməsinə səbəb ola bilər. Beləliklə, Rusiyanın təcavüzünə qarşı hərbi məsələ mühüm əhəmiyyət kəsb edir".

Ukrayna Millətlər Assambleyasının prezidenti vurğulayıb ki, Kreml başqa dil anlamır: "Ümid edirik ki, bundan sonra digər ölkələr Rusiyaya daha çox təzyiq göstərəcək. Rusiya "Taxıl sazişi"nin bərpa olunması üçün sanksiyaların aradan qaldırılması ilə bağlı şərt irəli sürür. Amma onun bu şərtlərini yerinə yetirmək olmaz. Əslində, bu sanksiyalar Rusiyanı danışıqlar masasına oturmağa vadar edir. Lakin Moskva hələ ki bunu istəmir. Yalnız hərbi məsələ və güclü beynəlxalq təzyiqlər Rusiyanı hüquq yoluna qayıtmağa vadar edə bilər".

Onun fikrincə, bu mənada Türkiyənin rolu çox vacibdir: "Ankaranın güclü donanması var. Üstəlik, Türkiyə Bosfor boğazı ilə bağlı güclü mövqeyə malikdir. Ümid edirik ki, hazırda Ukraynanın təcavüzkar Rusiya ilə daha sərt şəkildə mübarizə aparması üçün kifayət qədər yardım etməyən böyük aktorlar bu vəziyyətdən düzgün nəticələr çıxaracaq".

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR