
Əlcəzairin Becaya və Buira dağlıq rayonlarında baş verən meşə yanğınları nəticəsində 15 nəfər ölüb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı Əlcəzairinin Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, yanğını nəzarət altına almaq məqsədi ilə 7500 yanğınsöndürən fəaliyyət göstərir.
Əlcəzairin Bumerdes, Tizi-Uzu, Cicel və Skikda rayonlarından 1500 sakin təxliyə edilib.
Qeyd edək ki, Afrikanın şimalında, Tunisdə güclü isti axının yaranması nəticəsində havanın temperaturu 49 dərəcə selsi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.