24-07-2023, 22:36 534

Qərbi Azərbaycan Xronikası: QAİ-nin Avropada qəbul etdiyi Berlin bəyannaməsi

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“AVESTA.AZ” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, Almaniyada ən gənc klinika direktoru Nuran Abdullayev olub.

O, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı barədə fikirlərini bölüşüb. Qeyd edib ki, 1988-ci il deportasiyasından sonra Bakıda anadan olsa da, ruhən valideynlərinin, böyüklərinin ana vətəni Basarkeçər rayonuna, Nərimanlı kəndinə bağlı olub.

Həkimin sözlərinə görə, babasının, atasının, əmilərinin el-obaya bağlılığı, vətənpərvərliyi onun da bu ruhda tərbiyə almasına ciddi təsir edib: “Qərbi Azərbaycandan olan üç nəsil var. Birinci nəsil o yerlərdə doğulub, böyüyüb, dünyasını dəyişib. İkinci nəsil orada doğulub, böyüyüb, deportasiya olunublar. Üçüncü nəsil isə Qərbi Azərbaycandan deportasiya olunan valideynlərinin, yaxınlarının söz-söhbətləri əsasında tarixi torpaqlarımız, yurd yerlərimiz barədə təsəvvürləri yaranan, o yerlərə ruhən bağlı olan insanlardır. Mən də üçüncü nəsil Qərbi Azərbaycan türküyəm. Biz gənclər o yerləri görməsək də, oraya xüsusi sevgi ilə yanaşıb, el-obaya bağlı ruhda böyüyüb, vətənpərvərlik hissləri ilə tərbiyə olunmuşuq. Göyçə adı səslənəndə uşaqlıqda eşitdiyim nağılların ən gözəli və füsunkar təbiəti olan bir məkan təsəvvürümdə canlanır”.

N.Abdullayev 1988-ci il deportasiyasının ailəsinin taleyində buraxdığı izlərdən də söhbət açıb: “Atam Əfqanıstan müharibəsi iştirakçısıdır. 1988-ci ilin sonuna doğru Qərbi Azərbaycanda vəziyyət mürəkkəbləşəndə atam xidmətini sona çatdırıb Nərimanlı kəndinə qayıdıb. Əynindəki hərbi mundirini dəyişmədən son anlara qədər kənddəki ata evində yaşayıb. Heç bir halda kəndi tərk etmək istəməyib. Zərurət yaransa, döyüşmək qərarına gəlib. Lakin deportasiya zamanı o da məcburiyyət qarşısında qalaraq Nərimanlını tərk edib. Atam Azərbaycanda məskunlaşandan sonra da taleyini orduda, hüquq-mühafizə orqanlarında xidmətə həsr edib. Peşəkar zabit kimi çoxsaylı təltifləri olub. Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan əmim Şövqiyar Abdullayev də Vətəninə, Göyçəyə bağlı, vətənpərvər bir gənc olub. Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Böyüklərimin məruz qaldığı deportasiyanı mənəvi olaraq mən də yaşamışam, bu gün də yaşayıram. Bu kimi bəzi acı xatirələr insanı sarsıtsa da, qəlbimizdəki Vətən sevgisini əsla azaltmır, əksinə, bizləri daha da mübariz olmağa səsləyir. Bu ruhda böyüyür, yaşayır, fəaliyyətimizi davam etdiririk”.

Almaniyada ən gənc klinika direktoru N.Abdullayev Qərbi Azərbaycanda vaxtilə erməni həkimlərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin, insanlıq əleyhinə cinayətlərin konkret faktlarla dünyaya çatdırılacağını dilə gətirib. Bildirib ki, Avropadakı Qərbi Azərbaycan doğumlu, kökənli həmvətənlərimiz öz fəaliyyətləri ilə daim Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındadırlar: “Ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev öz çıxışında xaricdəki diaspor təşkilatlarının, o cümlədən Avropada yaşayan Qərbi Azərbaycan türklərinin də qarşısında konkret məqsəd və vəzifələr qoyub. Məhz bu vəzifələrdən irəli gələrək, Avropanın mərkəz dövlətlərindən biri olan Almaniyada Qərbi Azərbaycan İcması ilə birlikdə ilk tədbirimizi keçirdik, Berlin bəyannaməsini qəbul etdik, gələcək fəaliyyətimizi tənzimləmək üçün İşçi Qrup yaratdıq. Necə ki, vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri, Qarabağ problemi dünya ictimaiyyətinə çatdırılırdı, indi də o qaydada Qərbi Azərbaycan reallıqları, tarixi torpaqlarımız uğrunda mübarizə beynəlxalq müstəviyə çıxarılır. Avropadakı diaspor təşkilatları və Qərbi Azərbaycan İcması bu amal uğrunda bir araya gəlib. Almaniyadakı erməni icması bizim fəaliyyətimizdən ciddi narahatlıq keçirib, müxtəlif təxribatlara, qabaqlayıcı tədbirlərə əl atsalar da, gücümüz, birliyimiz, haqq işimiz qarşısında aciz qalır, ciddi nəyəsə nail ola bilmirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR