
Bu ilin I yarısında Azərbaycanda 24,5 kilometr suvarma məqsədli boru kəməri çəkilib.
Bu barədə “AVESTA.AZ”un sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Məlumata görə, hesabat dövründə ölkədə 62,4 kilometr suvarma kanalı və 71 kilometr kollektor-drenaj şəbəkəsi tikilib, yenidən qurulub və bərpa edilib. Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ölkə üzrə 933 ədəd hidrotexniki qurğu, 2 353 ədəd subartezian quyusu və 119 ədəd nasos stansiyası təmir edilib.
Xatırladaq ki, Azərbaycanda suvarılan sahələri suvarma suyu ilə təmin edən kanalların təxminən 70 %-i torpaq məcralıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.