25-07-2023, 14:00 659

Azərbaycanın kapital bazarına xarici şirkətlərin gəlməsi ölkəyə nə verər?

Azərbaycanın qiymətli kağızlar bazarında xarici kapitalın iştirakı yox dərəcəsindədir.

Ölkədəki 13 investisiya şirkətindən cəmi 1-i - "Plato Capital and Co." ASC xarici kapitallıdır.

Amma bu maliyyə qurumu da faktiki olaraq fəaliyyətsizdir. Bəs xarici investisiya şirkətlərinə Azərbaycan bazarına gəlməyə nə mane olur? Onların yerli kapital bazarında təmsil olunması ölkəyə nə verər? "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

"Xarici şirkətlər yerli şirkətlər üçün müsbət nümunə olar"

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru Vüqar Namazov deyir ki, xarici rəqiblər bazara daxil olsa yerli şirkətlər üçün müsbət nümunə ola bilər: "İlk növbədə bazar daha liberal olar, ardınca bazarda inkişaf sürətlənər. Amma yerli şirkətlər elə də zəif deyillər və qanunvericiliyin verdiyi imkanlar çərçivəsində də qarşıya qoyulmuş məqsədlərə çata bilərlər. Yəni, kapital bazarının inkişafını istəyiriksə, ilk növbədə yerli investisiya şirkətlərinə dəstək olmalı, yatırım etməli, onların sayının artmasına çalışmalıyıq. 13 investisiya şirkəti Azərbaycan bazarı üçün azdır".

"Xarici şirkətlər Azərbaycanda sahə üzrə peşəkarlar formalaşdırar"

Azərbaycandakı digər investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova isə hesab edir ki, xarici investisiya şirkətlərinin bazara gəlməsi Azərbaycanda bu sahə üzrə peşəkarların formalaşmasına dəstək olar: "Fəaliyyət istiqamətlərindən asılı olmayaraq, investisiya mühitinin optimallaşdırılmasının və iqtisadiyyatın şaxələndirilməsinin ən önəmli şərtlərindən biri xarici şirkətlərin Azərbaycana gəlməsidir. Onların yerli bazarda fəaliyyəti peşəkarların formalaşması ilə yanaşı, dünyadakı ən yaxşı təcrübələrin Azərbaycana gətirilməsi deməkdir. Amma yaxşı olardı ki, həm yerli, həm də xarici kapitallı investisiya şirkətləri Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı üçün çalışsınlar. Bizdə kapital bazarı zəif inkişaf edib və Azərbaycan rezidentlərinin xarici investisiya şirkətləri vasitəsilə pul vəsaitlərini ölkədən kənara ötürməsi xarici ölkələrin şirkətlərinin maliyyəşdirilməsi deməkdir. Amma hər halda, biz demokratik ölkədə yaşayırıq və investorun qərarına təsir edə bilmərik”.

"Rəqabət güclənər, işin keyfiyyəti artar"

Maliyyə eksperti Xalid Kərimli isə bildirir ki, xarici investisiya şirkətlərinin yerli kapital bazarına qatılması ilə bazardakı iştirakçılar arasında rəqabət güclənə, işin keyfiyyəti arta bilər, amma ciddi inkişaf üçün daxildə görüləsi işlərimiz çoxdur: "İlk növbədə qiymətli kağızlar bazarına inam formalaşdırılmalıdır. Azərbaycanda insanların investisiya şirkətlərinə etibarı olmadığı üçün kapital bazarı lazımi səviyyədə formalaşa bilmir. Bu da investisiya şirkətlərinin ucuz pul cəlb etməsinə mane olur. Yəni, yerli investisiya şirkətlərinə inam yoxdursa, xarici investisiya şirkətlərinə etimad göstərilməsi də sual altındadır. Hazırda Azərbaycan şirkətləri daha çox istiqraz alqı-satqısı ilə məşğul olur. Xarici şirkətlərin Azərbaycana gəlməsi yerli şirkətlərin başqa ölkələrin kapital bazarına çıxış imkanlarını genişləndirə bilər. Kapital bazarının inkişafı hesabatlılığın artmasından, ailə bizneslərini peşəkar menecerlərin idarə etməsindən asılıdır. Biz xarici investisiya şirkətlərini ölkəyə cəlb etməkdənsə dünyanın inkişaf etmiş banklarının Azərbaycana gəlməsinə çalışmalıyıq. Onlar gəlsə xarici investisiya şirkətləri avtomatik olaraq Azərbaycana gələcək”.

Paylaş

Xəbər lenti

58 yaşlı kişini maşın vurub öldürdü Bu gün, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Bu gün, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Bu gün, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Bu gün, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Bu gün, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 17:48 Novxanıda maşın aşıb Bu gün, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Bu gün, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Bu gün, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Bu gün, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR