
Azərbaycan Mərkəzi Bankı (AMB) cəza tədbirləri gördüyü maliyyə qurumlarının adlarını açıqlamağa hazırlaşır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məqsədlə bu aydan yeni internet səhifəsi fəaliyyətə başlayacaq.
"Bu, Azərbaycanda ilk təcrübədir. Həmin internet səhifəsində qanunvericiliyi və qaydaları pozduğuna görə cəzalandırılmış maliyyə qurumlarının adları açıqlanacaq. Hər bir qurumun hansı pozuntuya yol verdiyi, ona qarşı hansı tədbir görüldüyü, hansı məbləğdə cərimələndiyi və s. məlumatlar ictimailəşdiriləcək. Biz istəyirik ki, maliyyə istehlakçılarının hüquqları daha yüksək səviyyədə qorunsun", - deyə sədr qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.