
Bakının Yasamal rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əlizadə Leyli Eyvaz qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.