
Bakının Nizami rayonunda 50 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ağayeva Sevda Əhməd qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.