
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “31 №li Yol İstismarı” MMC-nin direktoru Roman Əsgərov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Aqil Vəliyevə həvalə olunub.
Xatırladaq ki, “31 №li Yol İstismarı” şirkəti 2000-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,7 milyon manatdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.