27-07-2023, 20:16 522

Qərbi Azərbaycan Xronikası: Erməni və alman faşizminin oxşar əməli

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

“AVESTA.AZ” xəbər verir ki, "Paşinyanın anti-Azərbaycan təbliğatı və yeni havadar axtarışı” adlı süjetdə Qərbi azərbaycanlıların son 100 ildə erməni faşizmindən gördükləri zülmün dunya tarixində törədilmiş çox nadir vəhşiliklərdən olduğu vurğulanır.

Bildirilir ki, Ermənistanın siyasi, ictimai xadimləri hesab olunanlar və havadarları ermənilərin yeni məzlum obrazını yaratmaq üçün yalan danışmaqdan yorulmurlar: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda və Ermənistanla sərhədyanı sayılan ərazilərdə baş verən hadisələri onların təhrif etməsi buna nümunədir. Baş nazir Nikol Paşinyan özünü Azərbaycanla münasibətlərin normallaşmasına meyilli kimi göstərsə də, beynəlxalq səviyyəli tədbirlər və görüşlərdə Azərbaycana qarşı çıxışlar edir, anti-Azərbaycan təbliğatı aparır”.

Qeyd olunur ki, ermənilər 35 il öncə havadarlarının yardımı ilə ölkədən, dədə-baba yurdlarından qovduqları 250 mindən çox Qərbi azərbaycanlının insan haqqını unutmağa və ya unutdurmağa çalışır, indi isə Ermənistan hakimiyyəti və havadarlarının müxtəlif tədbirlərdə Azərbaycanın guya erməniləri blokadada saxladıqları ilə bağlı yalan məlumat verirlər.

Həmçinin, vurğulanır ki, son 120 ildə yüzminlərlə əhalinin Qərbi Azərbaycandan qovulması yaddan çıxmayacaq real hadisədir və bu faciə miqyasına, faşistlərin yəhudilərin başına açdıqları müsibətə görə yalnız halakostla müqayisə edilə bilər.

Süjetdə Qərbi azərbaycanlıların qovulması prosesi bu əsaslarla izah edilir: “Milli və dini mənsubiyyətə görə sıxışdırılması, gözdən salınması, bu istiqamətdə havadarlarla birgə fəaliyyət göstərilməsi, Qərbi azərbaycanlıların dövlət qurumlarında işləməsinə yol verilməməsi və bunun qarşısının alınması, Azərbaycan türklərinin ölkənin mədəni, sosial və siyasi həyatında fəaliyyətdən kənar saxlanılması, azərbaycanlıların milli-mədəni varlığını əks etdirən bütün kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi, Oğuz türklərinin dini-tarixi və mədəni abidələrlə əlaqəsinin maksimum azaldılması və s”.

Sonda Rusiyanın vassalı olan ermənilərin Qərbi azərbaycanlılara qarşı tətbiq etdikləri pisliklər və faşist əməlləri nəticəsində azərbaycanlıların indiki Ermənistandan çıxarılaraq, zor gücü ilə vətəndaşlıqdan məhrum edildiyi göstərilir: “Onların Qərbi azərbaycanlılara qarşı faşizmi Xocalı, Ağdaban və Azərbaycanın başqa bölgələrindəki soyqırımılarla davam etdi. Ancaq dünya zaman keçdikcə ermənilərin türklərə, müsəlmanlara qarşı faşist düşüncə və davranışının mahiyyətini, erməni yalanlarını dərk edir. Odur ki, faşist Almaniyası vaxtilə cəzalandığı kimi, faşist Ermənistanının da cəzalandırılacağı gün gələcək, Qərbi azərbaycanlılar öz yurdlarına qayıdıb vətəndaşlıqlarını bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyulun 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR